Bədənimizi nə qədər tanıyırıq? - FOTO

Bədənimizi nə qədər tanıyırıq? - FOTO

 

İnsan orqanizminin nə qədər heyrətamiz bir sistem olduğunu onsuz da bu günə qədər dəfələrlə görüb eşitmə imkanınız olmuşdur.

Bu mürəkkəb sistem hamımızı çox çaşdıran bir həqiqətdir, ancaq bədənimiz bizi hər keçən gün bir az daha təəccübləndirməyə davam edir.

 

Sfera.az bədənimiz haqqında heyrətamiz məlumatları təqdim edir:

 

Hər insan yaşadığı həyatı ərzində 22 kiloqram dəri itirir.

Hər min körpədən biri tək dişlə doğulur.

İnsanın xromosom sayı 46-dır.

İnsan bədənindəki damarların uzunluğu təxminən 96 min kilometrdir.

Hər 20 nəfərdən birinin və əksəriyyətlə də kişilərin qabırğa sayı 1-dən çoxdur.

İnsanın saç telinin sayı təxminən 100 mindir.

Ürək gündə orta hesabla 100 min dəfə döyünür.

Tək bir hüceyrədə 6 milyard DNA olur.

Rüşeymlər rok musiqisinə və yüksək səsə təpik ataraq reaksiya göstərir.

300 sümüklə doğulan insan oğlunun yetkinlik dövründə bu say 206-ya düşür.

Sağlam bir insanın dırnağının tam inkişafı 4-6 ay olmalıdır.

Diş minası insan bədənindəki ən sərt maddədir.

Böyrəklər qanı gündə 300 dəfəyə qədər filtirləyir.

Barmaqlar orta hesabla bir həyat boyunca təxminən 25 milyon dəfə qıvrılıb açılır.

Bir çox uşaq mavi gözlü olaraq doğulur. UV şüalarına məruz qaldıqda öz rəngləri ortaya çıxır.

Gözləri nəzarət edən əzələlər gündə 100,000 dəfə bükülür. Bu, 30 km miqdarında yürüyüş etməyə bərabər əzələ çalışmasıdır.

Beyniniz, orqanizminizin oksigen miqdarının 20%-ni istifadə edir.

Oyaq olanda beyniniz bir lampa yandırmağa kifayət qədər elektrik istehsal edir.

Hər insanın özünə xas bir qoxusu var, ancaq əkiz adamlar eyni qoxuya sahib ola bilirlər.

Orqanizminizdə yarım milyona yaxın vəzi yerləşir və gündə yarım litr tər ifraz edirlər.

İnsanların vizual yaddaşları çox qüvvətlidir. Adətən yaddaşlarının 90%-i gördükləri səbəbdən yaranır.

Öz-özünüzü qıdıqlaya bilməzsiniz.

Sümükləriniz betondan 4 qat daha dözümlüdür.

Dəriniz, ən geniş aparatınızdır. Yetkin bir insanın dərisi təxminən 140 sm-ə qədər genişlənə bilir.

Bir şeyin dadını almağınız üçün tüpürcəyin dadı həll etməsi lazımdır. (Diliniz quruyarkən ləzzət almağa çalışın).

30 dəqiqə içində, orqanizminiz yarım litr suyu isidəcək qədər istilik istehsal edir.

Yüksək IQ səviyyəsinə malik olan insanlar daha tez-tez yuxu görürlər.

Mədə turşusu o qədər güclüdür ki, orqanizminiz hər 3-4 gündən bir mədənizin daxili qatını başdan-ayağa yeniləyir.

İnsan aclıqdan öncə yuxusuzluqdan ölür.

Yuxu, insanlıq tarixi qədər qədim, hələ də bir çox bilinməyən istiqaməti olan bir hadisədir.

Yuxusuzluq, insanların gündəlik həyatlarına mənfi təsir edən, psixoloji tarazlıqlarını pozan, uzun müddət davam edərsə ölümə belə səbəb olan bir haldır.

İnsan burnu 50.000 qoxu tanıyır və xatırlayır.

Bir insan ömrü boyu 25.000 kubmetr həcmində iki üzgüçülük hovuzu dolduracaq qədər tüpürcək ifraz edir.

Orqanizminiz saatda 180 milyon qırmızı qan hüceyrəsi istehsal edir.

Bir addım atmaq üçün 200 əzələ işləyir.

Bir insan heç yemək yemədən 2 ay yaşaya bilər.

Yaddaşınıza yeni bir şey qeyd etdiyinizdə beyindəki neyronlar arasında yeni bir fiziki əlaqə yaradılır. Hər yeni qeydiyyat ilə beyninizdə fiziki bir dəyişiklik yaşanır.

Beyin hüceyrələriniz ölməyə başlamazdan əvvəl oksigensiz 5-10 dəqiqə həyatda qala bilərsiniz.

Beyninizin 60%-i yağdan ibarətdir.

Uzun müddətli aclıq vəziyyətində insan beyni son bir qurtuluş çarəsi olaraq öz-özünü yeyəcək.

Beyniniz özünü həddən artıq yüklənmədən və duyğusal çöküntülərdən qorumaq üçün bildiklərini unudur, bu yeni məlumatları daha asan və sürətli öyrənmənizdə sizə köməkçi olur.

 
 
Aytac
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.




OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...