BDYPİ vətəndaşlara müraciət etdi: Bu hallar artıb

BDYPİ vətəndaşlara müraciət etdi: Bu hallar artıb

Müşahidələr göstərir ki, son günlər vətəndaşlarımızın avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçmələri halları artıb.

Sfera.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.

Bildirilib ki, vətəndaşlar yolun hərəkət hissəsini yalnız yerüstü və yeraltı keçidlərdən və yaxud piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməklə keçməlidirlər.

Bununla yanaşı piyadalar yolu keçərkən mütləq şəkildə sağa-sola baxmalı, qış mövsümü ilə əlaqədar havanın tez qaralmasını nəzərə alaraq.günün qaranlıq vaxtı üzələrində işıqqaytarıcı elementlər olan geyimlərdən istifadə etməlidirlər.

Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, yolu mobil telefonla danışaraq keçmək, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə yolverilməzdir. 

Avtomobilin tam dayandığını əmin olduqdan sonra yolu keçmək lazımdır.

Eyni zamanda sürücülərə müraciət edirik ki, piyada keçidlərini keçərkən diqqətli olsunlar, tələsməsinlər, piyada keçidində olan piyadaların yolu sərbəst keçmələrinə şərait yaratsınlar.

Bundan əlavə, işıq cihazlarından düzgün istifadə etməyi, yolda sürət həddinə riayət edərək, xüsusilə də günün qaranlıq vaxtlarında və yağmurlu hava şəraitində avtmobili minimum sürət həddi ilə idarə etməyı tövsiyə edilib. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...