BDU tələbələrinin toksiki zəhərlənməsi nə deməkdir? – Qızları qəsdən zəhərləyiblər versiyası

BDU tələbələrinin toksiki zəhərlənməsi nə deməkdir? – Qızları qəsdən zəhərləyiblər versiyası
Bu gün nəhayət ki, AQTA sədri Qoşqar Təhməzli BDU -da zəhərlənən tələbə qızların qidadan yox, toksiki səbəbdən zəhərləndiyini və birinin həyatını bu səbəbdən itirdiyini bəyan etdi.

Həftələrdir mətbuatda yazılan müxtəlif qida versiyaları heçə çıxarıldı və səhv hesab edildi. Hər halda müəyyən analizlər və meyitin ekspertizasının nəticələri dövlət rəsmisini belə bir açıqlama verməyə vadar edib.

Bəs indi hüquq mühafizə orqanlarının araşdırdığı və üzə çıxarılmalı olduğu toksiki zəhərlənmə nə deməkdir?
Sfera.az medicina.az-a istinadən toksiki zəhərlənmə adı altında hansı maddələrdən və səbəblərdən zəhərlənmə versiyalarını araşdırıb.
Toksiki zəhərlənmə toksiki agentin müxtəlif yollarla orqanizmə düşməsi nəticəsində baş verir.

Bura aiddir:

Dəm qazı zəhərlənməsi
Müxtəlif qazlarla zəhərlənmə
Qidada olan toksiki agent, məsələn meşə göbələyi
Müxtəlif kimyəvi maddələrlə zəhərlənmə
Turşularla zəhərlənmə
Dərmanlarla zəhərlənmə
Mışyakla zəhərlənmə
Alkoqol zəhərlənməsi
Yandırıcı və təmizləmə məhlulları

Orqanizmə düşmə yollarına görə toksiki zəhərlənmənin inhalyasion - yəni tənəffüs yolları ilə, peroral - yəni ağızdan daxil olma, perkutan - dəri vasitəsilə, inyeksion - hər hansı iynə vurulması formaları ayırd edilir.

Toksiki agentin növü və dozasına görə fəsadlar yüngül, orta və ağır zəhərlənmə baş verir.

Baş vermə səbəbləri: təsadüfi - yəni xəstə toksiki agenti qəbul etdiyini bilmir, məişət- istehsalat - iş yerində və ya evdə toksiki maddə ilə təmasda olur, eləcə də qəsd və intihar - kimsə bu maddəni xəstəyə verib və ya xəstə sui qəsd məqsədilə qəbul edib.

Bu halların hamısının məhkəmə tibbi ekspertizası üçün yekun rəy verməyə təsiri var və ciddi araşdırılmalıdır.
Tələbə qızların narkoman, içki aludəçisi olmadıqları barədə ətrafı məlumat verdi, otaqda dəm qazı da olmayıb, çünki yataqxanada digər otaqlarda da tələbələr olub və onlar birinci dəfə təcili yardım çağıranda heç kim dəm qazı faktı aşkarlamayıb.

Ən real versiya qızların dərman, toksiki maddə tərkibli nəsə qəbul etməsidir, bu da real görünmür, çünki 3 qız birdən eyni dərmanı qəbul etməz.

O zaman digər versiya qəsdən zəhərlənmə real görünür: hər 3 qızın qidası, suyu və ya istifadə etdiyi hər hansı bir əşyaya toksiki zəhərli maddə əlavə edilib və yaxud onlar tərkibində zəhərli göbələk olan nəsə yeyib.

Qida agentliyi göbələk adı çəkmədiyi üçün qızların qidası və ya suyuna, çaydana ya ümumi mətbəxdə, ya da otaqda zəhərli maddə və ya dərman əlavə olunması versiyası üzərində dayanırıq. Yenə də son sözü hüquq mühafizə orqanları deyəcək.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir qadağa ləğv edildi

Pandemiya ilə əlaqədar məhkumlarla görüş, həmçinin sovqat və banderolların ötürülməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Sfera.az xəbər verir ki, bu barə...

ƏHALİYƏ RƏSMİ XƏBƏRDARLIQ! 15 avqust gecə 00:00-dan etibarən...

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliy...

Bağçalar bu formada işləyə bilər

Təhsil İnstitutu koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin rejimində tədris prosesinin necə təşkil olunması haqda ...

Azərbaycanda daha bir qadağa LƏĞV EDİLDİ

  Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhbusların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilir,...

Məscidlərlə bağlı - AÇIQLAMA

 Bildiyiniz kimi, mart ayının 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimlərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə koronavirus təhlükəsi ...

1xBet`dən yeni Çempionlar Liqası üçün aksiyada 30.000 dollar qazanın!

  Çempionlar Liqası nəhayət ki, ekranlara qayıtdı. Qabaqda azərkeşləri yalnız qələbə qazanmağı hədəfləyən qitənin ən yaxşı komandalarının oyunları gözləyi...