BDU-nun yataqxanasında zəhərlənən qızlar barədə yeni xəbər - RƏSMİ

BDU-nun yataqxanasında zəhərlənən qızlar barədə yeni xəbər - RƏSMİ
"Zəhərlənən tələbələrin vəziyyəti ağır-stabil olaraq qalır".

Sfera.az xəbər verir ki, bu sözləri açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, tələbələrin zəhərlənməsinin səbəbi hələ də müəyyənləşdirilməyib.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında 3 tələbə qız zəhərlənib. Dünən həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri ölüb (Fizika fakültəsinin 4-cü kurs tələbəsi , 1999-cu il təvəllüdlü Şəkər Hasmətova). Digər 2 tələbə isə Ekologiya və Torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi Dilrubə Quliyeva Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Əlavə edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR