BDU-nun sabiq rektoru dəfn olunub
14:49 / 25.10.2019
2237
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov dəfn olunub.
Sfera.az bildirir ki, bu barədə APA-ya Firudin Səməndərovun ailəsindən məlumat verilib.
Bildirilib ki, professorla vida mərasimi yaşadığı Nərimanov rayonu Atatürk prospekti 47-i ünvanında keçirilib və "Qurd Qapısı" adlanan qəbiristanlıqda dəfn olunub.
Qeyd edək ki, F. Səməndərov ötən gün 80 yaşında vəfat edib. O, 1992-1993-cü illərdə BDU-nun rektoru olub.
F. Səməndərov uzun müddət BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiri vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!