BDU-nun qarşısında yaranan tələbə izdihamına AYDINLIQ GƏTİRİLDİ
10:25 / 29.09.2021
856
Bakı Dövlət Universiteti əyani tədrisin bərpa olunması ilə yaşı 18-dən yuxarı olan tələbələrin koronavirus pasportlarının yoxlanılması səbəbindən təhsil müəssisəsinin qarşısında yaranan izdihama aydınlıq gətirib.
Sfera.az bildirir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva "Report"un sorğusuna cavab olaraq bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub. Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir.