BDU-da 31 Mart Soyqırımı ilə bağlı silsilə tədbirlər keçirildi - FOTO

BDU-da 31 Mart Soyqırımı ilə bağlı silsilə tədbirlər keçirildi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Fizika fakültələrində Tələbə Həmkarları İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı silsilə anım tədbirləri keçirilib. Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Filologiya fakültəsində keçirilən tədbirdə dekan müavini Anar Fərəcov çıxış edərək illər boyu davam edən erməni vandalizmi, XX əsrin əvvəllərində törədilən mart soyqırımı, soyqırıma dövlət tərəfindən verilən diqqətdən bəhs edib.


Tədbirdə fakültənin I kurs tələbələri Rəhiməxanım Əlipənahova, Nigar Xanəliyeva, Günel Əliyeva və fakültənin THİK sədri Sezər Məmmədli mart soyqırımı, həmin dövrün ziddiyyətli ictimai-siyasi vəziyyəti, geniş vüsət almış erməni qəsbkarlığı haqqında ətraflı məlumat verib.


BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov mart soyqırımı ilə bağlı məlumat verərək bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin fəallığının vacibliyini vurğulayıb.


Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində keçirilən tədbirdə tariximizi tanıtma yolunda tələbə-gənclərin üzərinə düşən vəzifələrdən bəhs olunub.

Tədbirdə Tarix fakültəsinin dosenti Ələmdar Şahverdiyev çıxış edərək Bakı Soveti və erməni silahlı dəstələrininazərbaycanlılaraqarşı törətdikləri qırğın barəsində tələbələrə məlumat verib. Eyni zamanda, rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlının qətlə yetirildiyini, on minlərlə insanın itkin düşdüyünü vurğulayıb. Sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi İbrahim Özsoyun 31 mart soyqırımı haqqında çıxışı dinlənilib.


Fizika fakültəsində 31 Mart Soyqırımına həsr olunmuş tədbir dekan müavini Məhəmməd Məhərrəmovun moderatorluğu, tələbələr Ramazan Hüşənov və Səbinə Süleymanovanın aparıcılığı ilə keçirilib. Tədbirdə THİK üzvləri - Nərmin Həsənli, Səbinə Süleymanova, Zabitə Məmmədova, Əfruz İsmayılova, Ramazan Hüşənov, Elnaz Muxcanova, Çinarə Mustafayeva, Lamiyyə Həmidova və Cəmilə İsgəndərova çıxışlarında mart soyqrımı haqqında məlumat veriblər. Tələbə Turan Daşdəmirovun mart hadisələri ilə bağlı hazırladığı videoçarx təqdim olunub.

 


OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...