BBC Azərbaycan haqda tanıtım materialı dərc etdi – Gəzməli yerlərdən tutmuş yeməklərə qədər...

BBC Azərbaycan haqda tanıtım materialı dərc etdi – Gəzməli yerlərdən tutmuş yeməklərə qədər...
BBC-də Azərbaycan mədəniyyəti və mətbəxinə həsr olunmuş məqalə dərc olunub.

Sfera.az xəbər verir ki, sözügedən materialda Azərbaycanın qədim tarixi, milli yeməkləri, rəqslərindən bəhs edilib.

Materialı təqdim edirik:

Azərbaycan zəngin və çoxşaxəli mədəni tarixə malik bir ölkədir. Mətbəxindən əl sənətinə qədər ölkənin mədəni zövqlərinin genişliyi, musiqi və sənəti, təbii gözəlliyi və memarlıq möcüzələri ilk dəfə buraya gələnlərin səyahətə haradan başlayacağını bilməyini çətinləşdirir.
 
Bu unikal və cazibədar ölkəni ziyarət edərkən orijinal mədəni təcrübə əldə etmək istəyənlər üçün bələdçimizi təqdim edirik.



Gözlərə bayram...
 
Azərbaycan həqiqətən də unudulmaz mənzərələr yaratmaq üçün ölkənin keçmişi ilə bu gününün qarışdığı görməli yerdir. Məsələn, paytaxt Bakı Xəzər dənizinin sahilində yerləşir və UNESCO-nun Dünya Maddi İrs Siyahısında olan Şirvanahlar Sarayına və Qız Qalasına ev sahibliyi edir. Şəhərdə bundan başqa Alov Qülləsi kompleksi (gecə yanan alova bənzəyir), Heydər Əliyev Mərkəzinin axan döngələri və yuvarlanan xalça şəklində tikilmiş inanılmaz milli Xalça Muzeyi kimi müasir memarlıq möcüzələri var.

Şəhərin yaxınlığında dağ səthinin altında yerləşən təbii qaz yataqlarından qidalanaraq davamlı olaraq yanan, Azərbaycanın ən çox ziyarət edilən təbii yerlərindən biri sayılan Yanar Dağ yerləşir. 13-cü əsrin tədqiqatçısı Marko Polo da bu dağ barədə yazıb və əsrlər boyu Yanar Dağ tamaşaçıları heyran qoyub.
Bakının 45 kilometr cənub-qərbində yerləşən Qobustan Milli Parkı ziyarətçilərə inanılmaz panoramik mənzərələr, palçıq vulkanları, tarixin əvvəlki dövrünə aid mağara rəsmləri və 1-ci əsrdən qalmış Roma legionerlərinin qorunmuş yazıları kimi zəngin nümunələr qədim edir.
 
Azərbaycanın mətbəxi
 
Azərbaycan mətbəxi milli yeməklərdən ibarət mütxəlif seçimlər təqdim edir.
 
Azərbaycan reseptlərində adətən təzə, yerli məhsullardan istifadə edilir, yəni ərzaqlar bölgədən-bölgəyə və mövsümdən-mövsümə görə dəyişə bilər. Ənənəvi yeməklərə Plov (ətirli otlar, qızardılmış ət və tərəvəzlərlə bişirilmiş zəfəran ətirli düyü), Dolma (ədviyyatlı qoyun əti və kələm və ya üzüm yarpaqlarına bükülmüş düyü) və Düşbərə (quzu bulyonunda bişmiş kiftə) daxildir.



Ölkənin digər bölgə yeməkləri sırasına Pitini (az tempraturda bişmiş quzu əti), Küftə Bozbaşı (kartof və noxudlu kiftə şorbası) və Bakının ən çox sevdiyi yemək olan balığı, marinadlı balığın çox vaxt limon və ya turş gavalı sousu ilə verilən izqara kababını aid etmək olar. Təklif olunan digər kulinariya ləzzətləri arasında həm isti, həm də soyuq halda yeyilə bilə Dovğa, ət, pendir və ya ispanaqla doldurulmuş ləzzətli çörəyə bənzəyən Qutab adlandırılan yemək də var.

Nəhayət, yemək həvəskarları oktyabr-noyabr aylarında Azərbaycanın Göyçay bölgəsinə səfər etsələr, hər il narın və onun istifadəsinin simvolik əhəmiyyəti (sevgi və bolluğu təmsil edən) münasibətilə qeyd edilən Nar Bayramı ilə tanış ola bilərlər.

Hekayələr və mahnılar

Azərbaycanda musiqi, rəqs, şeir və rəngarəng hekayələr yerli mədəniyyətə hopdurulub. Bəzi ənənəvi performans nümunələrinin keçmişə doğru min illərlə uzanan kökləri var. Ən çox tanınan musiqi aləti tar (uzun boyunlu lute), kamança (dörd simli çəngəlli skripka) və dəfdir. Muğamda nəsildən-nəslə ötürülən ənənəvi melodiya və ritmlərindən istifadə edilsə də, musiqiçilər hər dəfə ifa etdikləri zaman özünəməxsus bir ifa üçün improvizə də edirlər. "UNESCO” muğamı Azərbaycanın "Qeyri-Maddi Mədəni İrs Siyahısına" daxil etmişdir. Azərbaycanda rəqs ümumiyyətlə musiqi ilə əl-ələ gedir. Xoreoqrafiyanın çox hissəsi ölkənin tarixindən, gözəl və zərif toy rəqslərindən yüksək sürətli döyüş sənətlərinə əsaslanan rəqs formalarına qədər hekayələri nümayiş etdirir. Teatr həvəskarları üçün qeyd edək ki, 10 Mart Azərbaycanda Dövlət Kukla Teatrı, Dövlət Pantomima Teatrı və Marionet Teatrı da daxil olmaqla 20-dən çox dövlət teatrı Azərbaycanda teatr Gününü qeyd edir.

Mədəni istehsal

Azərbaycan baş örtüsü və xalça istehsalının xüsusi üstünlüklərə malik gözəl tekstil nümunələrinin uzun bir tarixi var.


Böyük İpək Yolu ənənələrinə söykənən, baş örtüsü hazırlamaq və taxmaq təcrübəsi (Kəlağayı olaraq da bilinir və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilir) hər bir ailənin öz üslub və bəzək nümunələrini istehsal edərək mədəni kimliyininin göstəricisinin ifadəsidir. Kəlağayı hazırlamağın müxtəlif mərhələlərinə rəngli və naxışlı simvolik mənalar verən parça toxuculuq, boyama və taxta bəzək daxil edilir. Eyni şəkildə, xalça və xalça istehsalı da Azərbaycanda ailə ənənəsidir, ağızdan və təcrübədən keçən bacarıq və texnikalara malikdir. Qoyunların qırxılmasından tutmuş xalçanın dəzgahdan kəsildiyi günə qədər gözəl əl istehsalı ola  xalçanın hazır olması üçün aylar çəkə bilər. 2021-ci ildə azərbaycanlı modelyerlər dünyanın bütün ölkələrinə ixrac olunan müasir geyim çeşidlərini istehsal etmək üçün ölkənin ənənəvi tekstil bacarıqlarından istifadə edirlər.

Zəngin mədəni irsi olan müasir Azərbaycan gələcəyə qucaq açarkən keçmişinə hörmətlə yanaşır, əsl bənzərsiz və unudulmaz bir ziyarət təcrübəsi yaradır.
 
Əzizə Zeynal

 

OXŞAR XƏBƏRLƏR