\"Bazel\" klubu \"Qarabağ\" ilə oyunlar öncəsi azarkeşlərinə ÇAĞIRIŞ ETDİ

\
İsveçrənin "Bazel" klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunu öncəsi azarkeşlərinə çağırış edib.

Sfera.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Bazel şəhərinin eyniadlı təmsilçisi fanatları stadionda komandaya dəstək olmağa səsləyib.

Bildirilib ki, matçın oynanılacağı Bakı Olimpiya Stadionunda 308-ci sektor qonaq komandanın azarkeşləri üçün ayrılıb. Məlumatda biletlərin satıldığı məntəqələr və onların qiymətləri də göstərilib.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.


OXŞAR XƏBƏRLƏR