Bazarstore-dən şikayət var: Məhsulların üzərində 2 qiymət etiketi var

Bazarstore-dən şikayət var: Məhsulların üzərində 2 qiymət etiketi var


REAL TV-nin baş redaktor müavini Mahir Məmmədli feysbukdakı "Müştəriyəm Şikayətim Var” qrupunda Bazarstore-dən şikayətçi olduğunu bildirib.

 

Sfera.az-ın məlumatına görə, jurnalist sözügedən supermarketin Yeni Yasamaldakı filialındanaldığı kolbasanın üzərində iki etiket olduğunu yazıb. Şikayətçinin iddiasına görə, etiketlərdən birində kolbasa məmulatının real çəkisi və qiyməti qeyd olunub (0.579 qram (12.66 AZN), digər etiketdə isə kolbasanın çəkisi və qiymətində şişirdilmiş rəqəmlər (1.828 qram (40.03 AZN) göstərilib. Bu səbəbdən xəzinədə yanlış qiymət vurulub və faktiki olaraq, müştəridən, yəni Mahir Məmmədlidən 27.37 AZN artıq pul alınıb. Şikayətçi yekun qiymətdən şübhələnib çekə baxmayacağı halda, bundan xəbər tutmayacağını vurğulayıb.

 

Şikayət müəllifi statusunu bu fikirlə yekunlaşdırıb: "Bu, bilərəkdən edilmiş hərəkət deyil, səhvdir. Amma şübhələnməsəm, bu səhvə görə 27 manat ziyana düşəcəkdim”.

 

Mahir Mirişli sözlərini təsdiq etmək üçün etiketlərin və qiymət qəbzinin fotolarını yazısına əlavə edib.


Biz də sözügedən insidentin sadəcə texniki səhv olduğuna inanmaq istərdik. Amma kiçik bir araşdırma apardığımız zaman məlum oldu ki, bu Bazarstore ilə bağlı ilk şikayət deyil. Sözügedən supermarketdən şikayətçi olan müştərilərin sayı kifayət qədərdi.

 

Sfera.az bu qeydlərdən bir neçəsini sizə təqdim edir. Nəticə çıxarmaq isə artıq sizin öhdənizə buraxılır.


 

 

 

Selcan

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR