No Image
No Image
No Image

Bazar günü 22 dərəcə isti olacaq

Bazar günü 22 dərəcə isti olacaq
 

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.


OXŞAR XƏBƏRLƏR

Bərdədən dəhşətli görüntülər - FOTOLAR

Bu gün saat 13 radələrində ermənilərin hücumuna məruz qalan Bərdədən dəhşətli görüntülər gəlməyə davam edir.    Xəbər verdiyimiz kimi, ermənilər din...

Düşmənin Bərdədə hədəf aldığı yerlər bilindi - SİYAHI

Bərdə şəhərinə Ermənistan silahlı qüvvələrin hücumu zamanı hədəf alınmış yerlər bəlli olub. Sfera.az xəbər verir ki, Bərdə Şəhər Mərkəzi Xəstəxanası, Şəhə...

“Putinə dedim, sən Paşinyanla danış” – Ərdoğan telefon danışığının gizlinlərini açıqladı

"Bir əsrdir imperialistlərin oyun meydanına çevrilmiş bu qədim coğrafiyanın artıq məngənədən xilas olmaq vaxtı gəlib çatıb”. Sfera.az xəbər verir ki, bunu Türk...

Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 28-də saat 14:40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisi atəş...

Bugün Bərdəyə atılan raketlərin qalıqları - FOTOLAR

Bugün yenidən Bərdəyə Ermənistan tərəfindən raket hücumu olub. Sfera.az-ın  məlumatına görə, rayon mərkəzi edilən hücum 9M525 "Smerch" raketindən olu...

Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatdı - 40-dan çox yaralı var

Bu gün, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlə...