No Image
No Image

Bayramov Əl Təni ilə regiondakı durumu müzakirə etdi

Bayramov Əl Təni ilə regiondakı durumu müzakirə etdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığı baş tutub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sfera.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər. Qətər xarici işlər naziri 10 noyabr 2020-ci il tarixində birgə bəyanatın imzalanmasını alqışlayıb və bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nazirlər, həmçinin ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələr arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Lütfi Zadənin 100 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sfera.az-ın məlumatına görə, sərəncam el...

Yoluxanların sayı 100-dən aşağı düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər veri...

“BakuBus” bu holdinqin idarəetməsinə verildi - FƏRMAN

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Sfera.az xəbər...

Putin 12 il sonra bunu edəcək

Rusiya Prezidenti Vladimir Putin Davos Dünya İqtisadi Forumunda çıxış edəcək. Sfera.az-ın xəbərinə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmi...

AŞPA erməni deputatların təklifini RƏDD ETDİ

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanın qurumdakı nümayəndə heyətinin atəşkəsdən sonra Dağlıq Qarabağa gələn və Azərbaycanın təhlükəsizlik qüvv...

“Türkiyənin bölgədə güclənməsi İranı narahat edir” – Zərifin Bakı səfəri nəyə hesablanıb?

"Zərifin səfəri Cənubi Qafqazda İranın mövqeyini artırmağa hesablanıb”. Bu sözləri Sfera.az-a açıqlamasında İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifin B...