Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşdü
18:55 / 19.06.2021
2155
İyunun 19-da Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri Dalhan Kıdırali ilə görüşüb.
XİN-in Mətuat Xidməti idarəsindən Sfera.az-a verilən məlumata görə, Dalhan Kıdırali Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə bağlı təbriklərini bildirib.
Azərbaycan Prezidentinin köməkçisi: "NATO ilə siyasi dialoq və əməkdaşlığın daha da genişləndirilməsini istəyirik”
İspaniya Azərbaycanlıları Birliyi jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı dünya ictimaiyyətinə müraciət edib
Mədət Quliyev Türkiyə səfirini qəbul edib
O, Bəyannamədə Beynəlxalq Türk Akademiyasının adının da əks olunduğunu böyük məmnuniyyətlə qeyd edib.
D.Kıdırali Qarabağ və Nizami Gəncəvinin 880 illiyi ilə bağlı kitabların dərc edildiyi barədə məlumat verib. O, "Qafqazlarda türklüyün izi" layihəsi çərçivəsində çap edilən atlas kitabın nüsxəsini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək dəyərləndirib. Nazir qarşı tərəfə azad edilmiş ərazilərdəki vəziyyət, geniş miqyaslı dağıntılar ilə bağlı məlumat verib. O, Heydər Əliyev Fondunun dərc etdirdiyi Qarabağ ilə bağlı kitabı qarşı tərəfə təqdim edərək, xüsusilə azad edilmiş ərazilərdə tarixi, mədəni irsə vurulmuş ziyana diqqəti cəlb edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.