Bayramdan qayıdan turistlər qəzaya düşdü - 17 ölü, 9 yaralı
11:45 / 07.06.2019
2047
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb.
"Qafqazinfo” "Gulf News” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər ölüb, 9 nəfər ağır xəsarət alıb.
Məlumata görə, avtobusda 31 sərnişin olub, onlar Ramazan bayramından qayıdırlarmış.
Qəzanın baş vermə səbəbi araşdırılır.