Bayram Nurlunu “Maşın Şou”ya buraxmadılar – Səbəbi AÇIQLANDI

Bayram Nurlunu “Maşın Şou”ya buraxmadılar – Səbəbi AÇIQLANDI
 

Qalmaqallı çıxışları ilə məşhurlaşan ekstrasens Bayram Nurlunun "Maşın Şou”ya qatılacağı deyilir.

"M Group Production”nın mətbuat katibi Könül Əlibəyli məsələ ilə bağlı Redaktor.az-a bildirib ki, bu, yalan məlumatdır:

"Adətən "Maşın Şou” başlayana yaxın şouda kimlərin iştirak edəcəyi ilə bağlı siyahı açıqlanır, müxtəlif adlar səsləndirilir. Bunu edən elə həmin şəxslərin özləridir. Məqsəd isə özlərini reklam etməkdir.  Bayram Nurlunun "Maşın Şou”da iştirak edəcəyi ilə bağlı deyilənlər doğru deyil”.

Könül Əlibəyli əlavə edib ki, şouya qatılan məşhurlarla bağlı son qərarı Murad Dadaşov verir:

"Bizdə seçim üçün elə bir kriteriya yoxdur. Sadəcə cəmiyyətdə tanınan maraqlı insanlara üstünlük veririk. Kimsə "Maşın Şou”da 5 dəfə də iştirak edə bilər, heç iştirak etməyə də bilər. Prodüserimiz ilkin siyahı hazırlayır. Bu siyahıdakı insanlarla bağlı son qərarı Murad Dadaşov özü verir.

Bayram Nurludan isə ümumiyyətlə xəbərimiz yoxdur. Onun adı heç ilkin siyahıda da yer almayıb”.

Qeyd edək ki, aparıcılığını Murad Dadaşovun etdiyi veriliş ATV-də yayımlanacaq.


OXŞAR XƏBƏRLƏR