Baydenlə Putin harada görüşəcək? – Mümkün şəhərlər siyahısında Bakının da adı hallanır

Baydenlə Putin harada görüşəcək? – Mümkün şəhərlər siyahısında Bakının da adı hallanır
"Məlumdur ki, ABŞ prezidenti Co Bayden Rusiya Federasiyasının prezidenti Putinə görüşlə bağlı təkliflər verib. Təklifdə həmçinin vurğulanıb ki, görüş Avropa ölkələrindən birində baş tutsun. Ancaq Putin tərəfindən heç bir cavab yoxdur. Görüş yeri ilə bağlı yəqin ki, Rusiya prezidentinin də öz təklifi olacaq”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Məmmədov deyib.
 
Deputat qeyd edib ki, Putin və Baydenin razılığı ilə görüşün Bakıda keçirilməsi yaxşı olardı: "Bu, Azərbaycanın beynəlxalq aləmdə hansı hörmətə, nüfuza , təhlükəsizlik məsələlərində etibara malik olmasını bir daha nümayiş etdirərdi”.

Politoloq  Əlimusa İbrahimov isə Putin-Bayden görüşünün yeri ilə bağlı danışarkən bildirib ki, Bayden görüşün neytral ölkələrin birində keçirilməsini təklif edib: "Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da görüşün "Avropa ölkələrindən birində” keçirilə biləcəyinə eyham vurub. Avstriya, Finlandiya, Çexiya iki prezidentin görüşünə ev sahibliyi etməyə hazır olduqlarını bildiriblər. Avstriyanın Xarici İşlər Nazirliyindən yüksək səviyyəli görüşlərin keçirilməsinə həmişə hazır olduqlarını diqqətə çatdırıblar.
 
Finlandiya prezident aparatı da öz xidmətini təklif edib.2018-ci ilin iyulunda Trampla Putin arasında görüş də elə məhz Helsinkidə keçirilmişdi. O zaman iki ölkə lideri 4 saat söhbət etmiş və heç bir müqavilə imzalamasalar da keçirdikləri görüşdən razı qalmışdılar”.

Politoloqun sözlərinə görə, görüşün keçirilməsi üçün namizədliyini irəli sürən 3-cü ölkə Çexiyadır: "Bu ölkənin vitse-prezidenti Yan Qamaçek Moskva və Vaşinqtona bu barədə öz təkliflərini irəli sürəcəkləri haqda məlumat verib. Praqa Rusiya-Amerika görüşlərinin keçirilməsi sahəsində yetərli təcrübəyə malikdir. 2010-cu ildə burada Barak Obama ilə Dmitri Medvedyev arasında görüş keçirilib. Strateji Hücum Silahlarının məhdudlaşdırılması tədbirləri haqqında Bayden və Putinin bu il müddətini uzatdıqları müqavilə (CHB-III) məhz burada imzalanıb.

Avropa ölkələrinin görüş yeri təklif etməkdə bir-biri ilə yarışa girmələri başa düşüləndir. Onlar Rusiya-Amerika qarşıdurmasından ən çox əziyyət çəkən ölkələrdir və bu qarşıdurmanın bir an tez sona çatmasını istəyirlər. Amerikanın Rusiyaya tətbiq etdiyi sanksiyalardan ilk növbədə Rusiya əziyyət çəkirsə , ikinci yerdə Avropa ölkələri gəlir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...