Baydenin, yaxud Trampın qələbəsi Rusiya ilə ABŞ arasındakı münasibətlər üçün nə deməkdir? - Müsahibə

Baydenin, yaxud Trampın qələbəsi Rusiya ilə ABŞ arasındakı münasibətlər üçün nə deməkdir? - Müsahibə

ABŞ-da prezident seçkilərində səslərin hesablanması davam edir. Sabiq vitse-prezident Co Bayden rəqibi, hazırkı prezident Donalt Trampı cüzi səs fərqi ilə geridə qoyub.


Səslərin təkrar hesablanmasına ehtiyac varmı? Təkrar hesablama necə baş verə bilər və bir namizədin qələbəsi Rusiya və iki ölkə arasındakı münasibətlər üçün nə deməkdir? "Nastoyaşeye vremya”nın efirində ABŞ və Kanada İnstitutunun və Rusiya Elmlər Akademiyasının elmi işçisi Aleksandra Fillipenko sözügedən məsələyə münasibət bildirib.


Sfera.az həmin müsahibəni təqdim edir:

 

Təkrar hesablama və məhkəmələr olacaqmı?


- Səslərin təkrar hesablanmasına əsas varmı və əgər varsa bu proses necə gedəcək?

 

- Viskonsində, qanuna görə, əgər aradakı səs fərqi 1 faizdən azdırsa, təkrar hesablama aparılır. İndi aradakı fərq təxminən 0,8% -dir. Odur ki,istənilən halda, təkrar hesablama prosesi başlamalıdır. Bunun heç bir qorxusu yoxdur, Viskonsində dəfələrlə səslərin təkrar hesablanması prosesi baş verib. Onlar konkret bir qraflıq seçirlər, bütün ştatda hesablama aparmırlar, bunu hissə-hissə edirlər. Digər ştatlara gəlincə ( red. Miçigan, Pensillvanyia, Arizona), bu 2000-ci ildə olduğu kimi, ştatın Ali Məhkəməsinin qərarı ilə baş verə bilər.

 

-Trampın vəkilləri açar ştatlarda qələbə naminə məhkəməyə müraciət edəcəklərmi?


- Əlbəttə. Rudoilf Culiano artıq bununla məşğuldur. Trampın komandası hazırda Co Baydenin qələbə çaldığı Miçiqan və Viskonsindədir. Tərəddüd edən Pensilvaniya, Şimali Karolina və Corciya ştatlarında da Trampın adamları işləyir. İndi ən əsas rolu hüquqşünaslar oynayacaq. Hansısa məhkəmə iddiaları olsa, ayrı-ayrı seçki məntəqələrində, yaxud ümumilikdə bütün ştatlar üzrə hesablama prosesini dayandırmağa çalışacaqlar.


- Prezidentliklə bağlı hələlik heç nə bəlli deyil, amma Senatda çox guman ki, respublikaçılar üstünlük təşkil edəcək. Nümayəndələr Palatası isə demokratlardan ibarət olacaq. Bəs, bu və ya digər namizədin qələbə çalacağı təqdirdə vəziyyət qərarların qəbul edilməsinə necə təsir göstərəcək?


- ABŞ hakimiyyəti üçün bu adi haldır. Prezidentlə Konqresin, yaxud Konqres palatalarından birinin müxtəlif partiyaları təmsil etməsi normaldır. Bircə onu qeyd etmək istərdim ki, çox guman, respublikaçılarla çox yaxşı işləməyi bacaran Co Bayden üçün bu daha az problem yaradardı, çünki o, prezident seçilsə, vaxtı ilə ABŞ-ın ən gənc senatoru olan Co Bayden, bu dəfə ölkəsinin ən yaşlı prezidenti olacaq.

 

Donald Trampa gəlincə isə, hamımız bilirik ki, o olduqca impulsiv insandır. Əksər vədlərinə əməl edə bilməyən Trampın əsas problemi məhz Konqreslə dil tapa bilməməsidir. Co Baydençün isə bu o qədər də böyük problem olmayacaq, çünki o bunu etməyin yollarını çox yaxşı bilir.

 

"Demokratlar həmişə daha uyumlu olub”


- Aleksandra, bəs prezident seçkiləri ABŞ-la Rusiya münasibətlərinə necə təsir edəcək?


- Rusiyada ənənəvi olaraq respublikaçılar daha çox sevilsə də, demokratlar, hətta tərkisilah, eləcə də bu gün müddətinin uzadılmasına ehtiyac duyulan məsələlərə münasibətdə belə, həmişə daha uyumliu olublar.

 

Co Baydenin Rusiya administrasiyasını çox tənqid etməsinə baxmayaraq, onun hakimiyyətə gəlməsi Rusiyanın xeyrinə ola bilər. Ən azından ona görə ki, biz demokratik administrasiyanın necə hərəkət edəcəyini bilirik.

 

Co Bayden administrasiyasında təmsil olunacaq şəxslər hazırda Amerikanın tanınmış universitetlərinin professorlarıdır. Bu peşəkar siyasətçilər uzun illər Dövlət Departamentində, Klintonunvə Obamanın administrasiyalarında çalışıblar. Onların hakimiyyətə təkrar gəlişi həqiqətən Rusiya-Amerika münasibətlərinin xeyrinə olacaq.

 

- Bəs Tramp hakimiyyətdə qalsa necə?


- Bu halda Dövlət Departamentinə Pompeonun, yaxid başqa birinin başçılıq edəcəyi çox vacib olacaq. Bu halda danışıqların necə keçəcəyini proqnozlaşdırmaq daha çətindir, çünki Rusiya prezidenti ilə çox yaxşı münasibətləri olan Trampın guzəştlərə getmədiyi hər kəsə məlumdur. Təbii ki, bu gün hadisələrin gedişatı ilə bağlı konkret bir söz demək çətindir. Amma istənilən halda, ən yaxşısına ümid etmək istəyirsən.


Tərcümə etdi: Selcan

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR