No Image
No Image

Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti Trampdan nə ilə fərqlənəcək?

Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti Trampdan nə ilə fərqlənəcək?
"Cozef Bayden prezident səlahiyyətlərinin icrasına başlayır. O keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcək".
 
Sfera.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O, Baydenin xarici siyasətinin necə olacağından bəhs edib:

"Birincisi, Bayden Trampdan fərqli olaraq İranla nüvə anlaşmasına yenidən qayıtmaq istəyir. Bu baş verərsə, bölgədə gərginlik və müharibə ehtimalı azalacaq. ABŞ-la İran arasında gərginliyin azalması Azərbaycanın da maraqlarına uyğundur. Çünki Bakı Vaşinqtonla Tehran arasında seçim etmək istəmir. Azərbaycan həm İran, həm də ABŞ-la əməkdaşlığını davam etdirmək istəyir.

İkincisi, Bayden Trampdan fərqli olaraq NATO ilə əlaqələrə əhəmiyyət verəcək. Donald Tramp digər NATO ölkələrini ittiham edirdi. O deyirdi ki, üzv ölkələr NATO-ya Amerika qədər maliyyə ayırmalıdırlar. Məsələn, Tramp deyirdi ki, nəyə görə Amerika Almaniya Rusiyadan qorumalıdır. Almaniya Rusiyadan az alır. Bayden Avropadakı tərəfdaşlarıyla yenidən normal münasibətləri bərpa etməyə çalışacaq.

Üçüncüsü, Bayden Trampdan fərqli olaraq miqrasiya siyasətini yumşaltmaq istəyir. Donald Tramp Amerikanın qapılarını miqrantlara bağlamışdı. Bayden isə qapıları miqrantlara açmaq istəyir. Bundan da milyonlarla insan istifadə etmək istəyir. Ancaq milyonlarla insan Amerikaya daxil olarsa, bu Vaşinqtona siyasi və iqtisadi problemlər yaradacaq". 

Ekspert Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti ilə bağlı da proqnozlarını açıqlayıb:

"Bayden konqresmen olarkən erməni lobbisi ilə sıx münasibətləri var idi. Bayden Konqresdə Azərbaycan əleyhinə qərarlar qəbul edib. O, Dağlıq Qarabağdakı erməni separatçılarına birbaşa maliyyə dəstəyinin tərəfdarı olub. Halbuki, Amerikadan başqa dünyanın heç bir digər parlamenti Dağlıq Qarabağın erməni separatçılarına maliyyə yardımı ayırmayıb. 

Bayden administrasiyasına erməni mənşəli iki Amerika vətəndaşını təyin edib. Bu təyinatlar Ermənistanda sevinclə qarşılanıb. Müharibədə məğlub olan Ermənistanın Baydenə ümidləri var. Bu ümidlər müharibə günlərində də var idi. Ancaq ABŞ yalnız Ağ Evdən ibarət deyil. Amerikanın idarə edilməsində Ağ Ev və Konqreslə yanaşı Pentaqon və Dövlət Departamenti də xüsusi rol oynayır. Bu iki qurum isə Amerikanın milli və təhlükəsizlik maraqlarını əsas tutur. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığı diqtə edir. Amerika üçün dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla əməkdaşlıq faydalıdır. 

Azərbaycan bu ildən başlayaraq öz qazını Avropaya nəql etməyə başlayıb. Amerika Avropa ölkələrinin qaz asılılığını azaltmasını istəyir. Bu asıllığın azalmasında Azərbaycan rol oynayacaq. Bu isə Amerikanın maraqlarına uyğundur. Digər tərəfdən müsəlman ölkəsi olan Azərbaycanın İsraillə siyasi və hərbi əlaqələri də Vaşinqton üçün faydalıdır. Baydenin ermənilərə simpatiyası olsa da, Ermənistanın Rusiyadan asılı olduğunu diqqətə almaya bilməz. Rusiya hərbçiləri Dağlıq Qarabağda yerləşib və separatçılarla əlbir hərəkət edir. Bayden ermənipərəst olsa da, Rusiyanın ən sərt tənqidçilərindəndir. Deməli, Bayden ABŞ prezidenti olaraq Rusiyadan asılı olan Ermənistana açıq-aşkar dəstək verməyəcək. Vaşinqtonun Bakı ilə münasibətləri əvvəlki kimi Dövlət Departamentinin və Pentaqonun kurasiyasında olacaq. Bu Azərbaycan üçün məqbuldur".

Ülvi
Sfera.az

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Paşinyan bu gün hərbi qiyamla devriləcək? - Bakıdan rəy və proqnozlar

Ermənistanda baş nazir Nikol Paşinyanın öz tərəfdarlarını meydana çağırması ciddi gəlişmələrdən xəbər verir. Bu, o deməkdir ki, yaxın saatlarda Ermənistanda iğt...

Siyasətçilər Rusiya sülhməramlılarının 100 günlük fəaliyyətini necə dəyərləndirir? - SORĞU

"Rusiya "sülhməramlı”ları  Azərbaycanla Ermənistan, habelə ölkəmizdə yaşayan Yuxarı Qarabağdakı erməni millətindən olan vətəndaşlarla münasibətlərin qurulm...

Ermənistandakı revanşist fikirlər, aktivləşməyə çalışan "aktyor"lar... - Qarabağda sülhün təminatı üçün Qərbə ehtiyac var?

Xəbər verdiyimiz kimi ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç beynəlxalq ictimaiyyətin Qarabağda sülhün bərqərar olmasında iştirakı vacibliyini dilə ...

"Xəmsə" restoranında milyonlar silinib" - Əli Həsənovun dəstəsinin cinayətləri

"Azərbaycan Respublikası Prokurorluğunun KİVDF ilə bağlı aparılan cinayət işi üzrə məlumatını oxudum. Uzun sürən susqunluqdan sonra Prokurorluğun bu cinayət işi...

Prezidentin xüsusi nümayəndəlikləri hansı qurumun işçisi olacaq?

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydası açıqlanıb. Sfera.azın məlumatına görə, bu, Prezident İlham ...

General rütbəsi alanlar... - Biri Ramiz Mehdiyevin qardaşı oğludur

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsa...