Baydendən növbəti ermənipərəst addım - Azərbaycan necə reaksiya verəcək?

Baydendən növbəti ermənipərəst addım - Azərbaycan necə reaksiya verəcək?
Xəbər verdiyimiz kimi Amanta Pauer ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) rəhbər gətirilib.
 
Ermənipərəst mövqeyi ilə diqqət çəkən siyasətçinin bu vəzifəyə gətirilməsi Azərbaycan üçün nə vəd edir?

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Zaur Məmmədov Baydenin hakimiyyətə gəlməsindən sonra erməni lobbisinin daha da aktivləşdiyini bildirib:
"Samanta Pauer nəinki ermənipərəstdir, bəzi hallarda ermənilərdən çox onların maraqlarına xidmət edən şəxsdir. Biz onun siyasətçi kimi ABŞ maraqlarından çox Ermənistanın maraqlarına xidmət etdiyinin də şahidiyiq. Ümumiyyətlə, Baydenin hakimiyyətə gəlməsi ilə ABŞ-da erməni lobbisi ilə sıx əməkdaşlıq edən şəxslərin hakim mövqeləri tutduğunun şahidi olduq. 30 il ərzində Con Kerri, Samanta Pauer elə Baydenin özü də erməni məsələsi altında nəinki Türkiyəyə eyni zamanda Azərbaycana da təsir göstəriblər. Vaxtı ilə 907-ci maddənin düzəlişindən tutmuş, Dağlıq Qarabağdakı separatçılara yardımlara qədər olan məsələlər məhz bu şəxslərin aktiv fəaliyyəti nəticəsində həyata keçirilib".

Ekspert S.Pauerin müsbət gələcək vəd etmədiyini və nümayişkarənə ermənipərəstliyinin olduğunu qeyd edib:

"İndiki məqamda bizim üçün əsas məsələ ABŞ adminstrasiyasının antitürk, antiazərbaycan siyasətinin qarşısını almaq olmalıdır. Samanta Pauer 2006-cı ildə qondarma erməni "soyqırım”ı ilə bağlı sənədli filmində rol alıb, Tvitter səhifəsində aktiv olaraq təbliğat aparır. Uzağa getmədən onu deyə bilərik ki, Pauer doğum tarixini belə 24 aprel olaraq qeyd edib. Bu qədər fanatik dərəcədə erməni maraqlarına xidmət edən şəxsin rəhbərliyə gətirilməsi bizim üçün diqqətdə saxlanılmalı məsələdir".
 


Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...