Bayden Zelenskiyə gözlənilən dəstəyi verəcəkmi? – “Məqsəd Rusiya qarşısında müdafiəni gücləndirməkdir”
11:59 / 15.06.2021
2357
"ABŞ-ın yeni adminstrasiyası beynəlxalq müstəvidə
yeni bir siyasət ortaya qoyub”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd
Əsədullazadə Ukrayna prezidenti Zelinskinin ABŞ-a gözlənilən səfəri ilə bağlı
danışarkən deyib.
O bildirib ki, bu siyasət Tramp dövründən fərqli
olaraq, Vaşinqtonun dünya nizamının formalaşmasında əsas faktor olacağının göstəricisidir: "Məhz bu konteksdə prezident Co Baydenin
apardığı siyasət buna əsaslanır. Əsas strateji plan Rusiyanı sıxışdırmaq və Şərqi
Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada öz mövqeyini gücləndirməkdir. İlk növbədə
əsas prioritet xətt Ukrayanaya tam dəstək verməkdən ibarətdir. Ukrayna
prezidenti Vladimir Zelinskinin ABŞ gözlənilən səfəri təbii ki, Vaşinqtonla
ikitərfli hərbi əməkdaşlığı və Rusiya qarşısında müdafiəni gücləndirməkdir. Həmçinin
Ukraynada Rusiyanın yaxın və gələcək perspektivdə zəiflətməkdir”.
Müsahibimiz qeyd edib ki, bu səfər ABŞ-Ukrayna
əlaqələrində yeni səhifə açacaq və Vaşinqton Ukraynada daha da mövqelərini gücləndirəcək:
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri iyulun sonuna planlaşdırılır.
Günay Rəsulqızı