Bayden və Putinin müzakirə edəcəyi mövzular məlum oldu
00:14 / 07.12.2021
1814
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə videozəng formatında baş tutacaq söhbəti zamanı Ukrayna ilə yanaşı, kibertəhlükəsizlik və ikitərəfli münasibətlərlə bağlı məsələlərə də toxunmaq niyyətindədir.
Sfera.az-a xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi növbəti brifinqdə bildirib.
"Bu, prezident üçün Rusiyanın Ukrayna ilə sərhəddə hərbi fəaliyyəti ilə bağlı narahatlığımızı vurğulamaq və ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləmək üçün bir fürsət olacaq. Bu, həmçinin strateji sabitlik, kiber və regional məsələlər də daxil olmaqla, ABŞ-Rusiya münasibətləri ilə bağlı bir sıra məsələləri müzakirə etmək imkanıdır”, - o bildirib.
Psaki həmçinin əmin edib ki, Amerikanın hazırkı administrasiyası "münasibətləri gərginləşdirməyə yox, onları daha sabit əsasa gətirməyə” çalışır: "Bayden və Putin arasında gözlənilən söhbət ABŞ üçün Rusiyaya təhdidlər təqdim etmək üçün bir fürsət kimi qəbul edilməməlidir”.