Bayden və Putin arasında telefon danışığı oldu

Bayden və Putin arasında telefon danışığı oldu
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Sfera.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.

Məlumata əsasən, dövlət başçıları kibertəhlükəsizlik və Suriya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bayden Rusiya dövlət başçısını kibercinayətkarlara qarşı tədbirlər görməyə çağırıb. O bildirib ki, ABŞ öz infrastrukturunu kiberhücumlardan qorumaq üçün lazımi tədbirlər görəcək.

OXŞAR XƏBƏRLƏR