Bayden üçüncü doza vaksin vurdurdu - VİDEO
00:40 / 28.09.2021
2332
ABŞ Prezidenti Co Bayden "Pfizer” vaksininin 3-cü dozasını qəbul edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla da Bayden 3-cü doza peyvənd vurduran ilk Amerika vətəndaşlarından biri olub.
Amerika liderinin vaksinasiyası canlı yayımlanıb. "Yaşım 65-dən yuxarıdır. Buna görə də, bu gün qüvvətləndirici dozanı qəbul etdim”, - deyə Bayden bildirib. Onun sözlərinə görə, həyat yoldaşı da üçüncü dozanı qəbul edəcək, ancaq bir müddət sonra.
Xatırladaq ki, 78 yaşlı Bayden ilk doza vaksini ötən ilin dekabrında, ikinvi dozanı isə bu ilin yanvarında vurdurub.