Bayden “soyqırım\" deməzdən öncə Ərdoğana niyə zəng etdi?

Bayden “soyqırım\
ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdığını açıqladı. "Erməni soyqırımı" ifadəsini işlədən Bayden dərhal ardından deyib: "Bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə edirik”.

Baydenin bu fikri faktiki olaraq "soyqırım” ifadəsinin mahiyyətini büsbütün dəyişir. Yəni Bayden demək istəyir ki, bəli, ermənilərə "soyqrım" edilib, lakin bu "soyqrım"ın günahkarı heç də türklər deyil.

Bayden ağıllı və təcrübəli siyasətçidir. Onun ikibaşlı və çoxmənalı ifadəsi bunu bir daha sübut edir. Bayden əslində "bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə edirik" deyərək türkləri ittiham etmədiyini açıq şəkildə bildirdi.

Ukraynanın şərqində baş verən hadisələr fonunda ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanıması riskli, hətta təhlükəli bir addımdır. Lakin Bayden kimi təcrübəli bir siyasətçi çətin ki, yüz ölçüb, bir biçmədən belə bir addımı atsın. Xüsusilə də bu adımın rəsmi Ankaranı nə qədər qəzəbləndirəcəyi və Kremlin əlini gücləndirəcəyini Bayden yaxşı anlayır.

Baydenin 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanımadan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Liderlər ikitərəfli və regional məsələlərin bütün spektrlərini müzakirə etmək üçün NATO-nun iyunda keçiriləcək sammitində şəxsən görüşməklə bağlı razılaşıblar. Maraqlı məqam budur ki, Bayden telefon danışığı zamanı qondarma soyqırımı tanıyacağını bildirməsinə rəğmən Ankara ilə bu razılıqlar əldə edilib. Bu zaman belə bir nəticəyə gəlmək olar ki, Baydenlə Ərdoğan arasında ciddi razılıq olub. Bu razılıq Suriya, İraq, Şərqi Aralıq və ya Qarabağla bağlı ola bilər.

Nəticə etibarilə Bayden Ərdoğana ciddi bir vəd və ya güzəşt təklif etməsə idi, Ankaranın Baydenin 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanımasına reaksiyası daha ağır və daha sərt olardı. Xüsusilə də rəsmi Vaşinqtonun Ukraynanın şərqində baş verən hadisələrə görə Ankaraya hava, su qədər ehtiyacı olduğu bir vaxtda.

Bayden-Ərdoğan telefon danışığının təfərrüatını bilən 3-cü şəxs

ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanıdığını açıqlaması Türkiyə qədər Azərbaycanı da məyus etdi. Təsadüfi deyil ki, bu açıqlamanın ardınca, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Hesab edirəm ki, Prezident Ərdoğan Prezident İlham Əliyevə Baydenlə telefon danışığının məğzini açıqlayıb. Səbəb isə iki qardaş ölkənin atacağı addımlar, eyni zamanda Qarabağla bağlı yuxarıda xatırlatdığımız məsələnin müzakirəsidir.

Baydenin "soyqırım” sözündən saatlar öncə Türkiyənin PKK-nın kökünü kəsmək üçün Şimali İraqda böyük əməliyyata başlaması və terror təşkilatına ağır zərbə vurması da diqqətdən qaçmamalıdır...
 
(Axar.az)

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...