Bayden Qorbaçovu təbrik etdi

Bayden Qorbaçovu təbrik etdi
ABŞ prezidenti Cozef Bayden keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu 90 illik yubileyi münasibəti ilə təbrik edib.

Sfera.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qorbaçov Fondunun rəhbəri Pavel Palajçenko bildirib.

"Amerika xalqı adından sizi 90 yaşınızın tamam olması münasibətilə təbrik etmək istəyirəm. Azadlığa sadiq olmağınız, vacib, çətin, lazımi və cəsarətli qərarlar qəbul etməyiniz sayəsində on illərdir dünya daha təhlükəsiz bir yerə çevrilib. Bu, indi də ilham mənbəyi olaraq qalır”, - C.Bayden M.Qorbaçova göndərdiyi təbrik məktubunda yazıb.

Xatırladaq ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda yüzlərlə günahsız insanın qətlə yetirilməsinə səbəb olan hadisələrin əsas müəllifi və günahkarı olan M.Qorbaçovun martın 2-də 90 yaşı tamam olub.

OXŞAR XƏBƏRLƏR