Bayden Putinlə iyunda görüşəcək
23:47 / 04.05.2021
6313
"Rusiya Prezidenti Vladimir Putinlə iyun ayında görüşməyi gözləyir və ümid edirəm”.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
O əlavə edib ki, görüş iyunda Avropaya səfəri çərçivəsində baş tutacaq:
"Bunun üzərində işləyirik”.
Qeyd edək ki, iyunun 11-13-də İngiltərədə G7 Zirvə görüşü keçiriləcək.