Bayden Putinlə görüşündən sonra amerikalı jurnalistləri tənqid etdi
08:40 / 17.06.2021
1808
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşü barəsində mənfi rəy formalaşdıran Amerika mətbuatını tənqid edib.
Sfera.az xəbər verir ki, bunu o, Cenevrədə ABŞ-a uçmazdan hava limanında jurnalistlərə deyib: "Mənfiyə köklənmisiniz”.
"Reportaj hazırlamaq üçün siz neqativə yönəlirsiniz... Heç vaxt pozitiv sual vermirsiniz. Uşaqlar, mən sizi dəli etmək istəmirəm, çünki bilirəm ki, siz mənfi baxışlar əldə etmək istəyirsiniz”, - Bayden belə deyib.
O, görüşlə bağlı gələcək gözləntilərini və ya görüşün təfərrüatlarını mətbuatla bölüşməyəcəyini bildirib.