Bayden müdafiə naziri və Pentaqonun adını unutdu: “Şey, şey… ” - VİDEO

Bayden müdafiə naziri və Pentaqonun adını unutdu: “Şey, şey… ” - VİDEO
ABŞ prezidenti Cozef Bayden 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə Pentaqonun (ölkənin Müdafiə Nazirliyi) və müdafiə nazirinin adını unudub.

Sfera.az  xəbər verir ki, bu, ABŞ mətbuatında əsas müzakirə mövzusuna çevrilib.

Məlumata görə, martın 8-də C.Bayden vitse-prezident Kamala Harris və müdafiə naziri Lloyd Austinlə birlikdə Ağ evdə tədbirdə iştirak edib. O, ABŞ ordusunda zərif cinsin nümayəndələrinin iştirakından danışarkən deyib: "Qadınlar döyüşçüdürlər. Qadınların ordumuzun sıralarında olması bizi daha da güclü edir”.

Çıxışının bu yerində prezident müdafiə nazirinin adını çəkməli imiş. Lakin olun adını unudub. Dövlət başçısı deyib: "Şey, şey… keçmiş general... mən ona həmişə general deyib, dururam. Mənim, mənim… bu uniformanın başındakı adama (müdafiə naziri Lloyd Austini nəzərdə tutut – red.) etdiyi bütün işlərə görə təşəkkür etdiyimizə arxayın olmalıyıq”.

C.Baydenin müdafiə naziri və Pentaqonun adını unutması ABŞ mətbuatında ciddi müzakirə edilib.

Qeyd edək ki, C.Bayden həmin tədbirdə iki qadın komandiri Silahlı Qüvvələrin komandanlığında rəhbər vəzifəyə təyin edib. Hərbi Hava Qüvvələr generallarından Jaklin Van Ovost ABŞ ordusunun nəqliyyat üzrə komandanı, general Laura Riçardson isə Cənub Qoşunları komandanı təyin olunublar.
 

(report)

OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...