Bayden Ərdoğanla Qarabağı müzakirə edəcək? - Açıqlama
12:02 / 13.10.2021
791
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin "G-20” liderlərinin
oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısında Qarabağla bağlı məsələni
də müzakirə edəcək.
Maraqlıdır,
hansı istiqamətdə müzakirələr aparıla bilər?
Məsələ
ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov
ABŞ-ın Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəmədiyini deyib. Ekspert Qərb
ölkələrinin Türkiyənin Qafqazda möhkəmlənməsini qəbul etmələrinin məntiqli
olduğunu bildirib:
"Oktyabrın
sonunda keçiriləcək "G-20” toplantısı olduqca böyük əhəmiyyətə malikdir. Uzun
müddət sonra ilk dəfə dövlət başçıları bir-birləri ilə təmasda olacaqlar. ABŞ və
Türkiyə arasındakı münasibətlərin tempi vacib məsələlərdən biridir. Bundan
qabaq Bayden və Ərdoğan arasında BMT sammiti çərçivəsində Nyu Yorkda görüş baş
tutmuşdu, lakin həmin görüşün nəticələri Türkiyə üçün ürəkaçan deyildi. Bayden
terrorçu qrupları Suriyada dəstəkləməyi davam etdirmək niyyətindədir, eyni
zamanda Türkiyə ilə S-400 bəhanəsi ilə soyuq siyasətin istiləşməsi üçün addım
da atmayıb. Qarabağ məsələsinə gəldikdə isə, bununla bağlı Türkiyənin aktivliyini
NATO üzvləri və ABŞ başa düşərsə, bu, çox vacib olar. Söhbət Qərbin marağından
gedərsə, Cənubi Qafqazda 200 il Qərbin özü üçün təhlükəli mövqe daşıyan qüvvələrin
zəiflədiyinin şahidi oluruq. Belə olan halda
Cənubi Qafqazda güclənən Türkiyəyə dəstək məntiqli görünərdi. Lakin biz
görürük ki, İngiltərədən başqa digər dövlətlər Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə
isti baxmırlar”.
Politoloq
ABŞ-ın Azərbaycanın bölgədəki uğurlarından razı qalmadığını qeyd edib:
Əzizə
Zeynal