Bayden-Ərdoğan görüşü regionda nələri dəyişə bilər? - Açıqlama

Bayden-Ərdoğan görüşü regionda nələri dəyişə bilər? - Açıqlama
"Türkiyə və ABŞ arasında hələ keçmiş prezident Tramp dövründən həll olunmamış problemlər var. Türkiyənin Rusiyadan aldığı S-400 raketdən müdafiə sistemlərilə bağlı məsələ, bu ölkənin F-35 qırıcı təyyarələrinin alınmasından uzaqlaşdırılması, ABŞ-ın  Suriya və İraq kürdlərinə yardımı və regionda yeni kürd anklavının yaradılması istiqamətində gördüyü tədbirlər iki ölkə arasında normal münasibətlərin inkişafına mane olan məsələlərdir”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov NATO-nun iyunun 14 –ü üçün nəzərdə tutulan sammiti çərçivəsində keçiriləcək Bayden-Ərdoğan görüşündən danışarkən bildirib.
 
Müsahibimiz qeyd edib ki, regionun və ümumiyyətlə dünyanın təhlükəsizliyi naminə konsensus əldə olunmalıdır: "Son günlər Rəcəb Təyyip Ərdoğanın Amerikaya Türkiyəni itirməkdə olması ilə bağlı xəbərdarlıq etməsi düşünürəm ki, Bayden administrasiyası tərəfindən ciddi qəbul edilməlidir. Amerika həqiqətən Türkiyəni itirmək ərəfəsində olduğunu dərk edirmi?  Edirsə, Türkiyənin itirməklə regionda Amerika nüfuzuna dəyəcək ziyanı qarşılamağa hazırdımı?

Fikrimcə, nə ABŞ, nə də Avropa ölkələri Türkiyə ilə münasibətləri daha da ağırlaşdırmaq fikrində deyil. Bu baxımdan Bayden-Ərdoğan görüşü iki ölkənin münasibətlərində dönüş nöqtəsi olacaq. Doğrudur, yığılıb qalan problemlərin hamısı üzrə bir görüşdə razılığa gəlmək mümkün olmayacaq. Amma əsas məsələlər üzrə xoş münasibətlər saxlanılacaq və gələcək danışıqlar üçün möhkəm zəmin hazırlanacaq”.

Politoloqun sözlərinə görə, hazırda bütün diqqətlər  NATO ölkələrinin sammitinə yönəlib və Baydenin keçirəcəyi ikitərəfli görüşlər daha çox maraq mərkəzindədir: "Türkiyə - ABŞ  münasibətlərində mövcud olan problemlərin danışıqlar masasına çıxarılması və bununla da normal əməkdaşlığa start verilməsi region ölkələri, o cümlədən Azərbaycan üçün müsbət əhəmiyyət kəsb edəcək”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...