“Bayden elə şərtlər irəli sürür ki, Putin danışıqlardan imtina etsin” – Görüş baş tutacaqmı?

“Bayden elə şərtlər irəli sürür ki, Putin danışıqlardan imtina etsin” – Görüş baş tutacaqmı?
"ABŞ prezidenti Co Baydenin Putinə görüşmək təklifi gözlənilməz oldu. Cəmi bir neçə həftə bundan əvvəl "qatil” adlandırdığı şəxslə üzbəüz oturub beynəlxalq aləmdə baş verən mühüm hadisələri müzakirə etməyə məhz Amerika prezidenti cürət edə bilərdi”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, Baydenin təklifi amerikalıları dünyanın digər siyasi dairələrindən daha çox təəccübləndirib:

"Bayden Amerikanın xarici siyasətini ayaqüstə, heç kimlə məsləhətləşmədən, öz bildiyi kimi həyata keçirir. Bu da siyasətdə Bayden effekti , yaxud həddən artıq yetişməyin kənar təsiridir. Görüşlə əlaqədar əsas problem isə vaxtın və yerin müəyyənləşdirilməsidir. Bayden dünya ictimaiyyəti qarşısında nüfuzunu itirməmək üçün çox qısa zamanda görüşün keçirilməsinə çalışır. Yaxud, görüş öncəsi Rusiyanın qarşısına elə məsələlər qoyur ki, Putin və Rusiya yaranan şəraitdə görüşün keçirilməsindən imtina etsin. Putinin görüşdən imtina etməsi ona görə zəruridir ki, məhz bu halda Bayden ABŞ prezidenti kimi imicini qoruya biləcək”.

Politoloq bildirib ki, Putin təklif olunan görüşdən imtina edənə oxşamır: "Bu görüşün baş tutması Putin üçün çox böyük əhəmiyyət kəsb edir və o, ilk dəfə  haqqında deyilən xoşəgəlməz ifadələrin cavabını üzbəüz vermək imkanına malik olacaq. Məlumdur ki, Putin-Tramp qarşıdurması birincinin böyük üstünlüyü ilə başa çatdı. Amma bu ən azı bir prezidentlik müddətində baş verdi. Co Bayden isə Putin qarşısında hakimiyyətdə olduğu ilk ildə duruş gətirə bilməyəcək. Amerika xarici siyasət idarəsini narahat edən də elə məhz budur”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR