Bayden böyük dövlətləri Rusiya və Çinə qarşı birləşdirir – Şərh
12:31 / 14.06.2021
1736
"Böyük dövlətlərin liderləri Rusiya hakimiyyətinə
çağırış edərək dağıdıcı siyasətindən əl çəkməsini istəyib. Söhbət Rusiyanın qonşu dövlətlərin
daxili işlərinə qarışmasından tutmuş, insan haqlarının pozulmasına qədər bəndlərdən
gedir”.
Sfera.az
bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin
rəhbəri Elxan Şahinoğlu deyib. O bidirib ki, böyük dövlətlərin liderlərinin
müzakirə etdikləri ikinci dövlət isə Çin olub:
"Liderlər o
qənaətə gəliblər ki, Çinə qarşı ortaq baxışın formalaşdırılması lazımdır.
Bu qənaətə təsadüfən gəlinilməyib. Misal üçün, ABŞ-ın Çinə qarşı mövqeyi sərt
olduğu halda bəzi Avopa dövlətləri Pekinin siyasətinə göz yummağa hazırdırlar. Buna görə də ABŞ prezidenti Co
Bayden bir daha avropalı həmkarlarına çağırış edərək dedi ki, hamı bir nəfər
kimi Çinin anti-demokratik siyasətini tənqid etməlidir: "Hərəkətə keçmək
zamanıdır”.
Co Baydenə
Böyük Britaniyanın baş naziri Boris Conson, Kanadanın baş naziri Castin Tryudo
və Fransa prezidenti Emmanuel Makron dəstək verdilər. Almaniyanın kansleri
Angella Merkel və İtaliyanın baş naziri
Mario Draqi və Avropa İttifaqının toplantıda iştirak edən təmsilçiləri
Çinlə əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməyin lazım olduğunu
vurğuladılar”.
Politoloq
qeyd edib ki, "Böyük yeddilər” Çini həmçinin
insan haqları pozuntularına görə sərt tənqid edib: "Yekdil qərar
bu oldu ki, Çin bəşəri dəyərlərə əsaslanan insan hüquqlarını kobudcasına pozur
və buna qarşı ortaq mübarizə aparmaq lazımdır. "Böyük yeddilik” ölkələrinin
liderləri Tayvan boğazında sülhə və sabitliyə çağırdılar. Birgə bəyanatda "Biz
Tayvan boğazında sülhün və sabitliyin əhəmiyyətini dəstəkləyirik” ifadəsi yer
aldı. Liderlər bəyanatda uyğurları da unutmadılar. Pekin "böyük yeddilər”ə Böyük Britaniyadakı səfirliyi
vasitəsilə cavab verdi. Çinin Böyük Britaniyadakı səfirliyi vasitəsilə yaydığı
açıqlamada qeyd olundu ki, bir qrup ölkə dünyanın taleyini həll edə bilməz:
"Ölkələrin böyüyü kiçiyi olmamalıdır, təmaslarda hamı iştirak etməlidir.
Dünyanın taleyini bir neçə ölkənin müəyyənləşdirdiyi zaman geridə qalıb”.
Günay