“Baxdıq, üstündəki paltarları...” - Yandırılan 10 yaşlı qızın atası danışdı

“Baxdıq, üstündəki paltarları...” - Yandırılan 10 yaşlı qızın atası danışdı
 

Xəbər verdiyimiz kimi, ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Çətin də olsa, hadiəsinin təfərrüatları barədə Nərminin atası Şərif Quliyevlə həmsöhbət olduq.

Sfera.az  xəbər verir ki, bunu modern.az-a açıqlamasında hazırda hadisə yerində olduğunu deyən Şərif Quliyev baş verənlərə hələ də inanmadığını bildirib:

"Hazırda hadisə yerindəyik. Bakıdan ekspert qrupunun gəlişini gözləyirik. Bütün polis əməkdaşları, rəis, İcra Hakimiyyətinin nümayəndələri, kənd camaatı hadisə yerindədir. Heç meyiti yerindən tərpətməmişik. Baxdıq, üstündəki paltarları yanıb. Daha detallı araşdırmadan sonra öyrənəcəyik nə baş verib”.

Ş.Quliyev qeyd edib ki, qohum-qonşuda şübhələndiyi kimsə yoxdur:

"Biz kiminləsə ədavəti olan adam deyilik. Öz halımızda, güzəranımızda yaşayan adamlarıq.

Hadisə qardaşımın uşağının toyundan bir gün sonra - 21 noyabrda olub. Gödəkçəm qardaşımgildə qalmışdı. Özüm qızımı göndərdim ki, getsin mənim gödəkçəmi gətirsin. Gödəkçəni evdən götürüb küçəyə çıxandan sonra da yoxa çıxıb. Mən bu işin axırına kimi gedəcəm. Necə olur olsun, qızıma qarşı törədilmiş cinayətin aşkara çıxması üçün əlimdən gələni edəcəm. Mətbuat nümayəndələrindən bu işə diqqət yetirmələrini xahiş edirəm”.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...