BAXCP rəsmisi: “Əli Kərimli öz çirkin siyasətinə oğlunu da bulaşdırdı” AÇIQLAMA

BAXCP rəsmisi: “Əli Kərimli öz çirkin siyasətinə oğlunu da bulaşdırdı” AÇIQLAMA
"Əli Kərimlinin oğlu Türkel Kərimli mətbuata müsahibəsində deyir ki, ABŞ-a səfərim zamanı həm dövlət orqanları, həm də nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri ilə çoxsaylı görüşlərim oldu.  O,  Dövlət Departamentində , Cənubi və Mərkəzi Avropa üzrə müavin Robert Berşinski və Dövlət Departamentinin digər əməkdaşları ilə, eləcə də Departamentinin Demokratiya və İnsan Haqları bürosunda, eləcə də Senatda və həmçinin ABŞ Konqresi Helsinki Komissiyasında, Konqresdə Nümayəndələr Palatasının üzvləri  görüşlər keçirdiyini bildirir. Bütün görüşlərində də müzakirələrin Azərbaycanda ictimai- siyasi vəziyyətin müzakirə oldunduğunu bildirir”. BunuSİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, 23 yaşlı bir gənclə, o gənc ki, uzun illərdi Azərbaycanda yaşamır, bilirsiniz ki, bu uşaq İngiltərədə ən bahalı unversitetdə oxuyur, 5 ildən artıqdır ki, İntiltərədə yaşayır: "Belə bir tələbə ilə adını çəkdiyim konqresmenlər, senatorlar və s. şəxslər hansı ciddi söhbəti apara bilər?! Nəyi müzakirə edə bilər.  Onunla Azərbaycanda demokratik vəziyyətin və  insan hüquqlarının müzakirəsinin aparması gülünc deyilmi? Əlbttə mən qətiyyən inanmıram ki, o cür nüfuzlu insanlar bu uşağın dediyi kimi, onunla Azərbaycanın indiki durumunu müzakirə ediblər. Sadəcə əsil həqiqət odur ki, Əli Kərimli öz çirkin siyasətinə 23 yaşlı oğlunu da bulaşdırdı! Yəni , söhbət ondan gedir ki, Əli Kərimli özünün təşəbbüsü ilə oğlunu Departamentə göndərib. Bilirsiniz ki, artıq Azərbaycanda referndum keçirilməsi gözlənilir. Belə bir vəziyyətdə Əli Kərimli ABŞ-a  oğlu vasitəsi ilə müxtəlif "mesajlar” göndərib.  Azəraycanla bağlı, hakmiyyətin əleyhinə istənilən addımı atmağa hazır olmasını Departamentə çatdırmaq arzusunu ifadə edib. Türkel Kərimlinin səfərinin əsas məqsədi budur.Digər tərəfdən , siz Əli Kərimlidən soruşun ki, sən tələbə oğlunu hansı statusla ABŞ-a göndərmisən?! Bu hansı məntiqə sığır. Əli Kərimlinin oğlu olmaq ona əsas veribmi ki, bir partiyanı təmsil etsin? Bu, artıq o deməkdir ki, Əli Kərimlinin partiyası  bir ailənin partiyasıdır . Bu, bir ailə dərnəyidir. Ata-oğul dərnəyi. Türkel Kərimli Əli Kərimlinin oğludursa, deməli partiyanın yüksək nümayəndəsi kimi  istənilən şəxslə partiyanın adından müzakirələr də iştirak edə bilər, istənilən şəxslə danışıqlara apara bilər! Necə ola bilər ki, hakimiyyətin hansısa nazirinin oğluna siyasətlə maraqlanmaq, fəaliyyət göstərmək qadağandır, ancaq Əli Kərimlinin oğluna olar! Bəs belə vəziyyətdə demokratik prinsiplər yada düşmür?  Bir daha qeyd etmək istəyirəm ki, Əli Kərimli üçün artıq heç bir dəyər qalmayıb. Fakt odur ki, özünün eybəcər siyasətinə doğma övladını da cəlb edir. Öz oğlundan da istifadə edir. Bu, bir daha sübut etdi ki, Əli Kərimli iliyinə qədər siyasiləşib. Sonda onu da deyim ki, Türkel Kərimlinin müsahibəsini oxuduqda açıq –aşkar görünür ki, həmin müsahibəni "Azadlıq” qəzetinin müxbiri deyil, birbaşa Əli Kərimlinin özü yazıb . Yəni, Əli Kərimli oğlunun adından müsahibə yazıb hazırlayıb. Axı Əli Kərimlinin müxbirlik qabiliyyəti də var”.
 
 
sia.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...