Baxçalının “ağılsız” şərhinə Kılıçdaroğludan cavab...

Baxçalının “ağılsız” şərhinə Kılıçdaroğludan cavab...

Hörmətli Baxçalı heç narahat olmasın, onun da ədalətə ehtiyacı olacaq.

"Hürriyyət” xəbər verir ki, bu sözləri CHP sədri Kamal Kılıçdaroğlu MHP lideri Dövlət Baxçalıya cavab olaraq deyib.

"Bu tənqidlərə baxmayaraq, ədalət öz vəzifəsini yerinə yetirəcək. Düzdür, bu yürüş bizi yordu, amma yolumuza davam edəcəyik. Dünən uzun bir yürüş həyata keçirdik. Bu gün 22 km məsafə qət etməyi planlaşdırırıq”, -deyib.

Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu millət vəkili Enis Bərbəroğlunun həbs olunmasına görə Ankaradan İstanbula "Ədalət yürüşü” başladıb. Yürüşün gündə təxminən 20 km olmaqla bir aya yaxın davam etməsi gözlənilir.

Baxçalı ötən gün Tvitterdə Kılıçdaroğlunun "Ədalət yürüşü” ilə bağlı "ağılsız başın bəlasını ayaqlar çəkərmiş” sözlərini yazmışdı.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR