“Bataqlığ\"ın sərvətə çevrilməsi: Bir oyunla nələr qazandıq?

“Bataqlığ\
 

2011-ci il, 6 iyun: Azərbaycan futbolunun 100 illik yubileyində Prezident İlham Əliyevin iştirakı ilə Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimi keçirildi. Mərasimdə FİFA və UEFA prezidentləri də iştirak edirdilər. Çoxları üçün stadionun beynəlxalq standartlara uyğun inşası və bir gün böyük futbola ev sahibliyi edəcəyi xəyal kimi görünürdü.

Həmin dövrdə müxalifətin əsas iddiası belə idi:hakimiyyət dövlətin pulunu bataqlığın qurudulmasına xərcləyir.

Müxalif media vəsosial səhifələrdə bu iddia uzun müddət gündəmdə saxlanıldı, zaman-zaman iqtidara qarşı "arqument” kimi istifadə olundu.

Məşhur bir söz var: "Axmaqlar zamanı necə öldürəcəyini, ağıllılar isə necə qazanacağını düşünər”. Həmin dövrün mənzərəsini xatırlayanlar bilir ki, "bataqlığa maliyyə xərclənməsi” məsələsi üzərində müxalifət "vaxt öldürürdü”. Gələcək isə necə qazanmaq haqqında düşünənlərin kim olduğunu ortaya çıxardı.

2015-ci ildə Bakı Olimpiya Stadionunun rəsmi açılışı oldu. Stadion ilk dəfə I Avropa Oyunlarında idmanın müxtəlif növləri üzrə yarışlara ev sahibliyi etdi və bununla beynəlxalq idman aləminə vəsiqə qazanmış oldu.

2017-ci ildə UEFA Avroliqanın finalının Bakıda – Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul etdi. İki il sonra, 2019-cu ilin 29 may tarixində böyük oyuna – Avroliqanın finalına öz evimizdə baxa bildik. UEFA Bakı Olimpiya Stadionunu beynəlxalq standartlara uyğun ən yaxşı idman arenalarından biri kimi qəbul etdi. Faktiki olaraq, bu stadion Azərbaycanın dünya futboluna pəncərəsi rolunu oynayır.

Göründüyü kimi, 8 il öncə Bakı Olimpiya Stadionunun təməlinin qoyulması gələcəyə yatırılmış kapital idi və ilk qazanc vaxtiləpaytaxtın ən bərbad yerlərindən olan həmin ərazinin ekoloji cəhətdən ən təmiz məkana çevrilməsi oldu. Stadionun Avroliqanın finalına ev sahibliyi etməsi isə Azərbaycana siyasi və iqtisadi baxımından əhəmiyyətli qazanc gətirdi.

İqtisadi qazanc:Finalı izləmək üçün Bakıya minlərlə azarkeş gəldi. Azarkeşlərin oyuna bilet alması, oteldə qalması, iaşə obyektlərindən istifadəsi, ümumiyyətlə Bakıda qaldıqları müddətdə pul xərcləməsi ölkə iqtisadiyyatının qazanması deməkdir. Bu oyun həm də turizmin inkişafında mühüm rol oynadı. Bakıda olan azarkeşlərin gələcəkdə turist kimi yenidən ölkəmizə gəlməsi üçün zəmin yaradıldı. Məsələyə kompleks yanaşdıqda bu, qeyri-neft sektorunun inkişafı deməkdir. İqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması istiqamətində çalışan Azərbaycan təkcə bir oyunla irəliyə doğru ciddi addım atmış oldu.

Siyasi qazanc:Azərbaycanın təbliği aparıldı. Final oyununu Yer kürəsində 1 milyard izləyirdi, bu, 1 milyard insanın Azərbaycanı tanıması deməkdir. Oyun dünya üzrə 204 telekanalda canlı yayımlanırdı. Bu, eyni vaxtda Azərbaycanın dünyanın 204 telekanalında təbliğinin aparılması idi. Adətən bu miqyasda təbliğat üçün milyonlarla dollar vəsait tələb olunur. Lakin iqtidar beynəlxalq standartlara uyğun stadion inşa etməklə həm ölkədə idman infrastrukturunu inkişaf etdirdi, həm də ölkənin dəyəri milyonlarla ölçülən təbliğatını heç bir maliyyəsərf etmədən aparmış oldu.

Bütün bunlar təkcə bir stadionun inşası ilə əldə olunan qazanclardır və 8 il öncə "bataqlığın qurudulması” qərarının nə qədər doğru addım olduğu bir daha təsdiq olunur. Və sübut olundu ki, bataqlığın qurudulmasına yatırılan maliyyə hədər getmədi. Zamansa "bataqlığın qurudulmasına maliyyə xərclənməsi” tənqidlərini səsləndirənlərin iddialarını "bataqlığa” sürüklədi.

Faktlar və əldə olunan nəticələr ölkənin inkişafına yanaşmanı da ortaya çıxarır:

İqtidar ölkədə yollar salır, hava limanları, yeni otellər inşa edir, ümumilikdəinfrastrukturu inkişaf etdirir. Müxalifət "niyə bu qədər pul xərclənir” tipli eyni tənqid, eyni yanaşma sərgiləyir, bundan siyasi hücum olaraq istifadə edir.

"Eurovision” mahnı yarışması, I Avropa Oyunları, Formula 1 yarışları, onlarla beynəlxalq idman oyunları, Avroliqanın finalı...Bütün bu tədbirlərin hamısı məhz zamanında inşa olunan infrastrukturda reallaşıb. Və hər bir tədbir Azərbaycana siyasi dividentlər gətirməklə yanaşı, turist axınını da sürətləndirib.

Hətta bəzən belə iradlar da irəli sürülür ki, turistlərin qarşılanması üçün daha böyük hava limanına vəyeni otellərə ehtiyac var. Hərçənd, mövcud infrastruktur müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə və turizmin daha da inkişaf etdirilməsinə imkan verir. Bu, təcrübə ilə sınaqdan çıxıb.

Təcrübə həm də Azərbaycanda iqtidarla müxalifətin ölkənin inkişafına yanaşması arasındakı fərqi nümayiş etdirir.

 

Publika.az

 




OXŞAR XƏBƏRLƏR