“Başqa ölkələr vaksin almağa pul tapmır, bizdə isə zibilliyə atırlar...” – Həkimdən etiraz
15:50 / 23.08.2021
1676
"Hazırda vurdurulması nəzərdə tutulan iki doza
ilə problem həllini tapsa, növbəti 4-5-ci doza vaksinasiyaya lüzum qalmayacaq”.
Bu sözləri Sfera.az-a açıqlamasında 4 və hətta
5-ci doza peyvəndin vurdurulmasına ehtiyacın yarana biləcəyilə bağlı səslənən
fikirlərə münasibət bildirərkən tibb elmləri doktoru, həkim Aydın Əliyev deyib:
"İnsanlarımız möcüzəli proqnozları eşitməyi
xoşlayır. Amma məsələ elədir ki, hər zaman situasiyaya baxılmalı, ona uyğun
addım atılmalıdır. Pandemiya indiyə qədər vurulan 2 doza nəticəsində yekunlaşmasa
ola bilsin, növbəti dozalara da ehtiyac yaransın. Bunun heç bir təhlükəsi
yoxdur. Özüm üçüncü dozanı qəbul etmişəm. Heç bir problem yoxdur. Belə şeydən çəkinmək
lazım deyil. Hazırda vurdurulması nəzərdə
tutulan iki doza ilə problem öz həllini tapsa, növbəti 3-5-ci dozalara da lüzum
qalmayacaq. Çünki dövlət peyvəndi havayı almır. Dövlətə də vəsaiti peyvəndə xərcləmək
xoş deyil. Amma məcburdur”.
Həkim Azərbaycanda vaksin almaqla bağlı
problem olmadığı halda, saxta vaksin pasportunun geniş yayılması və nəticədə müəyyən
hissə vaksinlərin zibilliyə atılmasından narahatlığını da ifadə edib:
Elçin