No Image
No Image

Başınızda bu əlamətlər varsa,deməli beyninizdə qurd var - MÜTLƏQ OXUYUN

Başınızda bu əlamətlər varsa,deməli beyninizdə qurd var  -  MÜTLƏQ OXUYUN
Beyin də yumşaq toxuma olduğundan parazitlərin üz tutduğu orqan olur. İnsan beyni parazitar infeksiyalara məruz qalır. Bu Taenia Solium helmintinin qurdları vasitəsilə baş verir.

Sfera.az xəbər verir ki, bu helmintlər insana qurdun yumurtaları olan çirkli qida, su ilə keçir.

Qurd yumurtaları müxtəlif toxumalara, əzələlərə keçir, ordanda da beyinə çatıb, kistlər əmələ gətirir.

Beynin qurdla yoluxmasının 2 növü var:

Çistiçerkoz və tenioz.


Çistiçerkoz –bu zaman insan parazitin müvəqqəti sürvə sahibinə çevrilir. Helmint beyin toxumasında parazitar kistlər formasında qalır.

Tenioz – daha yetişmiş qurd formasına yoluxmaqdır, qurd bağırsaqda kök salır və minlərlə yumurta qoyur. Bu zaman insan tam olaraq helminti sahibi olur.

Digər parazitlər kimi T solum da orqanizmə açıq si hövzəsi, quyu suyu, çirkli əllər və qida ilə keçir. Sanitar gigiyenik qaydalar, şəxsi gigiyenaya əməl etmədikdə yoluxma riski artır.


Hətta meyvə, tərəvəz, giləmeyvə, göbələklər də qurdyumurtalı ola bilər.

Eləcə də donuz əti bu parazitin mənbəyidir.


Qida ilə udulduqda kistlər və yumurtalar nazik bağırsağa yapışır, sonra lentvari qurda çevrilir.

Bu parazitlə daha çox ucqar rayonlar, kəndlər, fermalar, çirkli su mənbələri olan yerlər zəngindir.


Beyində qurd olmasının əlamətləri:


-Kistin yerləşməsindən və sayından asılı olaraq dəyişir. Əzələdə olanda heç bir əlamət vermir. Göz alması, selikli qişa, dəridə olduqda iltihab, şişkinlik, ağrı müşahidə edilir.


-Göz almasında olduqda görmədə qaralma, bulanıqlıq, görmənin zəifləməsi.

Əgər helmint qan axını ilə beyin və onurğa beyinə keçsə, ən ağır forması neyrosistiçerkoz yaranır.


Bu zaman beyinə təsir olur, kəskin baş ağrıları, qıcolmalar, huşun bulanması, yaddaş pozulması, diqqət yayğınlığı, nitqdə problemləry yaşanır.

Təcili adekvat müalicə olmasa, xəstə ölə bilir


Xəstəlik yoluxandan bir neçə aydan bir neçə ilə kimi inkişaf edir və əlamətlərini göstərir.


Diaqnoz üçün


Qan analizi, MRT, KT, beyində kist olduğu görüldükdə kistin çıxarılması zamanı cərrahlar kistin parazit yığnağı olduğunu görür.

Xəstəlik bir insandan digərinə asanlıqla keçmir. Əgər xəstə insanla digər insanlar eyni tualetdən istifadə edərsə və bu zaman gigiyenaya əməl olunmazsa, o zaman yoluxma ehtimalı var. (mediicna.az)



Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronanın qarşısını alan 3 ucuz vasitə

Bəzi aktiv maddələrlə hazırlanan qarqaraların COVID-19-un 99,1% nisbətində qarşısını aldığını təsdiqləyən klinik araşdırmalar var. Sfera.az bildirir ki, b...

“Valerian" apteklərdən niyə yığışdırılıb?

Bir aydır ki, ölkə apteklərində "Valerian" dərmanı yığışdırılıb.  Sfera.az bildirir ki, bu barədə Qaynarinfo-ya oxucular məlumat verib. Oxucular ürək...

Peyvənd olunanların sayı açıqlandı

  Azərbaycanda bu gün 100 nəfər vaksinasiya olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. ...

Son sutkada yoluxanların sayı açıqlandı - 29 ölüm qeydə alındı

  Azərbaycanda bu gün koronavirus infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az...

Həkim pandemiya dövründə artan xəstəliklərə qarşı ən effektli müalicə üsülundan danışdı - VİDEO

"Pandemiya və ardınca baş verən böyük Vətən müharibəsindən sonra insanlarda bir çox nevroloji xəstəliklər, əsasən də panik atak inkişafı müşahidə edilir. ...

COVİD-19-a yoluxanlara bu da QADAĞAN EDİLİR

COVİD-19 xəstələri ilə bağlı daha bir qadağa müəyyən edilib.   Sfera.az xəbər verir ki, araşdırmalara görə, test cavabı pozitiv çıxan şəxslər isti duş və...