“Başakşəhər” xal itirib, “Fənərbaxça” məğlub olub

“Başakşəhər” xal itirib, “Fənərbaxça” məğlub olub
Türkiyə Super Liqasında XXIX turun üç oyunu keçirilib.
 
Çempionatın lideri "Başakşəhər” xal itkisi ilə üzləşib.
 
İstanbul təmsilçisi "Rizəspor”la qarşılaşmanın yalnız 90+6-cı dəqiqəsində penalti zərbəsi ilə məğlubiyyətdən qaçıb. Bu xal itkisindən sonra liderin "Qalatasaray”dan üstünlüyü 3-ə enib.
Günün daha bir matçı heç-heçə nəticələnib. "Ankaragücü” və "Konyaspor” meydansan qolsuz ayrılıblar. "Fənərbaxça” isə səfərdə "Alanyaspor”a uduzub.
 
Qeyd edək ki, tura aprelin 22-də yekun vurulacaq.
 
Türkiyə Super Liqası
XXIX tur
21 aprel
"Ankaragücü” – "Konyaspor” – 0:0
"Başakşəhər” – "Rizəspor” – 1:1
Viska, 90+6 (pen.) – Muriqi, 62
"Alanyaspor” – "Fənərbaxça” – 1:0

OXŞAR XƏBƏRLƏR