Başak Dizer hamiləlik xəbərlərini təkzib etdi
Maqazin
11:52 / 12.06.2021
2013
Türkiyəli məşhur
aktyor Kıvanç Tatlıtuğun həyat yoldaşı model Başak Dizer hamiləlik xəbərlərini
təkzib edib.
Sfera.az bildirir ki, bununla bağlı model sosial şəbəkə hesabında məlumat paylaşıb.
Belə ki, Başak bir dostunun təbrik mesajına cavab verərək hamilə olmadığını irəli sürüb."Hamilə deyiləm. Hər il mütəmadi olaraq yayılan yalan xəbərlərdən biridir”, - deyə model qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl, Kıvanç Tatlıtuğun ata olacağı haqqında xəbərlər yayılmışdı.
Türkan
Sfera.az