\"Baş verən təxribatların arxasında kimin dayandığı bəllidir\" - Politoloq bu ölkələrə işarə etdi

\
"Sərhəddə baş verən toqquşmalar və pozulan atəşkəs Rusiya, ABŞ və Fransanın marağındadır”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, sözügedən üç ölkə daimi şəkildə vəziyyətin gərgin olmasına çalışır:

"Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistan müdafiə naziri Arşak Karapetyan arasında baş tutan telefon danışığı və görüşü, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin Ermənistan-Azərbaycan sərhəddinə səfər etməsi, Fransanın Ermənistandakı səfiri Conatan Lakotun Fransanın Azərbaycandakı səfiri Zakari Grosun Şuşaya səfərdən imtina etməsi fikrini müdafiə etməsi baş verən təxribatların arxasında kimin dayandığını rahatlıqla deməyə imkan verir.

Hesab edirəm ki, sözügedən bu üç ölkənin atdığı addımların bir neçə səbəbi var. Səbəblərdən biri 30 ilə yaxın heç bir funksiyanı yerinə yetirməyən və İkinci Qarabağ savaşından sonra fəaliyyətini tamamilə itirmiş ATƏT-in Minsk qrupunu yenidən aktivləşdirməkdir. O cümlədən,  Dağlıq Qarabağın statusunu bərpa etmək, Türkiyənin regionda, xüsusilə də Azərbaycanda artan nüfuzunun qarşısını almaq, Ermənistan və Azərbaycan arasında qalıcı sülhün əldə edilməsinə mane olmaq, gərginliyi davam etdirmək, öz ölkələrində güclü olan erməni lobbisinin dəstəyini qazanmaq və s. kimi istəklər də mövcuddur”.

Politoloqun sözlərinə görə, Ermənistanın atdığı addımların isə iki əsas səbəbi var:

"Birincisi, Paşinyanın hələ də ölkədə nəzarəti ələ ala bilməməsi. İkincisi,  10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bayannamələrinin şərtlərinin icrasını ləngitməsi və yekun sülh müqaviləsini imzalamaqdan boyun qaçırması. Baş verən toqquşmaların lokal xarakterdən artıq olacağı inandırıcı görünmür. Amma bu cür  problemlər hələ uzun müddət davam edə bilər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....