Baş redaktordan Səfər Mehdiyevə sərt sözlər: “İNSANLARIN ƏSƏBLƏRİ İLƏ OYNAMAYIN”

Baş redaktordan Səfər Mehdiyevə sərt sözlər: “İNSANLARIN ƏSƏBLƏRİ İLƏ OYNAMAYIN”


Dövlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyəti ilə bağlı tənqid və ittihamlar ara vermir. Sfera.az xəbər verir ki, "Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər də mövzuyla bağlı fikirlərini ictimailəşdirərək Gömrük Komitəsini sərt şəkildə tənqid edib.


"Azərbaycanda islahatın imitasiyası deyil, islahat başlamalıdırsa, ilk yer gömrük olmalıdır. İş adamlarının boğazına zəli kimi yapışmış, onların qanını soran Dövlət Gömrük Komitəsi ləğv edilməsə Azərbaycanda inkişafdan danışmaq əbəsdir. Üç-beş baş redaktorla antrikot-dana basdırması yeməklə islahat olmur, Səfər Mehdiyev. Üç-beş adam yazmadı deyə, sizin qanunsuzluqlarınızın üstünün örtüləcəyini sanırsınız?”


Baş redaktor daha sonra bunları yazıb: "İnsanın şəxsi istifadəsi üçün gətirdiyi və 1000 dolların altında olan mala 36 faiz vergi istəmək hansı qanunda yazıb, Səfər Mehdiyev? İşçiləriniz 36 faizdən aşağı faizin olduğunu bilmirlər? Sırf ay sonu o faizdən hissə alacaqlar deyə, millətin qanını sormalısınız???

Bəsdirin də insanların əsəbləri ilə oynadınız!!!”

 

Mövzuya ironik yanaşan jurnalist Dövlət Gömrük Komitəsinin Dövlət Soyğun Komitəsi adlandırılmalı olduğunu bildirib: "İş adamlarının əzabı 36 faiz vergi ilə yekunlaşmır. Bəyannamə üçün ayrı məbləğ ödəməlidir.  Ayrıca, özlərindən xidmət-malın qalma haqqı-filan uydurub, malın dəyərinin ən az 45 faizini Dövlət Soyğun Komitəsi alırsa, bu başına Səfər Mehdiyev boyda daş düşmüş iş adamı necə malını ucuz satsın? Süni bahalaşma deyirsiniz, adresi başqa yerdə axtarmayın, Dövlət Gömrük Komitəsi hazır yerindəykən..."


OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...