Baş redaktor ailmlərin pulunu mənimsəyib - AMEA-dan DİN-ə şikayət

Baş redaktor ailmlərin pulunu mənimsəyib - AMEA-dan DİN-ə şikayət
Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfov AMEA əməkdaşlarının pulunu mənimsəyib.
 
Sfera.az xəbər verir ki, bu barədə AMEA-nın mətbuat xidmətindən bildirilib. Məlumata görə, R.Nəcəfov akademiyanın bir neçə əməkdaşını Təhsil Nazirliyində işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların ölkəmizdə tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə dair inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.

Zərəçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi faktı ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən bildirilib.
 
Qeyd edək ki, Rahil Nəcəfov 2012-cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan "Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsi qazisi Amin Musayevə AĞIR İTKİ - FOTO

Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq əsir düşmüş, sonra isə geri qaytarılmış Vətən müharibəsi qazisi Amin Musayevə ağır itki üz verib. ...

Bakıda 17 yaşlı qız 9-cu mərtəbədən yıxılaraq öldü

Bakıda 17 yaşlı qız hündürmərtəbəli binadan yıxılaraq ölüb. Hadisə Yasamal rayonunda qeydə alınıb. 2005-ci il təvəllüdlü Nuriyeva Gülnigar Faiq qızı hündü...

“Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurdu, öldü

Salyan Rayon Prokurorluğu "Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı məlumat yayıb. Bu barədə prokurorluqdan Sfera.az-a məlumat verilib. "Yanvar...

Cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma baş verdi

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı baş verib. Sfera.a...

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ...

Bakıda məşhur bankın müdiri vəfat etdi

Azərbaycanda tanınmış bankir vəfat edib. Sfera.az-ın Manset.az-a istinadən məlumata görə, «Muğanbank» ASC-nin Nərimanov rayon filialının müdiri  Rusl...