Baş Prokurorluqdan saxta “səyahət turlarını” satanlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan saxta “səyahət turlarını” satanlara XƏBƏRDARLIQ
Son zamanlar ölkə ərazisində turizm şirkətlərinin sayı olduqca artmaqdadır.

Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, həmin şirkətlər müxtəlif marketinq üsullarından istifadə etməklə "isti təkliflər” təqdim edib özlərinə müştəriləri cəlb edir.

Qeyd olunub ki, bir çox hallarda vətəndaşlar bu kimi təkliflərə aldanaraq kifayət qədər məlumat əldə etmədikləri, tanımadıqları turizm şirkətlərindən saxta "səyahət paketlərini” almağa tələsirlər və nəticədə dələduzluq əməllərinin qurbanlarına çevirirlər: "Səyahət etmək istəyən şəxslərə xarici ölkələrə tur aldıqları şirkətlərin etibarlılığına diqqət yetirmələrini və yalnız müvafiq rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə ödəniş etmələrini tövsiyə edirik. Baş Prokurorluq saxta "səyahət turlarını” sataraq vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin və onların nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edir".

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...