Baş Prokurorluqdan ermənilərin təxribatları ilə bağlı XƏBƏRDARLIQ

Baş Prokurorluqdan ermənilərin təxribatları ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycan Baş Prokurorluğunda Ermənistanın Kəlbəcər və Laçın rayonları ilə sərhədboyu ərazilərdə 15 və 16 noyabr 2021-ci il tarixlərdə törətdiyi silahlı təxribat ilə əlaqədar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən həqiqətə uyğun olmayan məlumatların paylaşılması ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, 4 nəfər şəxs – Ziyatay Muradov, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyev qeyd edilən hadisələrlə bağlı sosial şəbəkələrdə ictimaiyyətdə təşvişə səbəb ola biləcək, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilməyən, süni ajiotaj yaratmaq məqsədilə həqiqətə uyğun olmayan məlumatlar paylaşıblar.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Ziyatay Muradov barəsində toplanan materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyevə isə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

"Azərbaycan Baş Prokurorluğu bildirir ki, bu istiqamətdə işlər davam etdirilməklə süni ajiotaj yaratmaq məqsədilə yalan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Helikopter qəzasına görə sığorta ödənişləri ediləcək

"Helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri ediləcək”.   Sfera.az xə...

Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistika AÇIQLANDI

"Amnistiya Aktı qəbul edildikdən sonra funksiyalar aidiyyatı qurumlara tapşırılıb. Bu proses haqqında ən məlumatlı qurum Baş Prokurorluqdur. Amnistiya həm cinay...

Vilayət Eyvazov bu bölmənin rəis müavinini İŞDƏN ÇIXARDI

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci polis bölməsinin rəis müavini, polis mayoru Anar Hüseynov işdən çıxarılıb. Sfera.az xəbər verir ki, bununla bağ...

Nazir Tofiq Yaqublunun döyüldüyü iddia edilən bölməyə rəis TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni təyinat olub. Sfera.az xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyazov əmr imzalayıb. ...

Mir Möhsün Nəvvabın Cıdır düzündəki məzarı bərpa olunub

Azərbaycanın məşhur şairi və naşiri Mir Möhsün Nəvvabın Şuşanın Cıdır düzündə yerləşən və işğal dövründə ermənilər tərəfindən dağıdılan məzar daşı bərpa olunub....

Sabah hava necə olacaq?

Dekabrın 7-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəy...