Baş prokurorluq yanlış qəza xəbəri ilə bağlı məlumat yaydı
14:30 / 09.02.2020
3491
"Bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılmışdır.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib. O, bildirib ki, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur:
"Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların Mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər".