Baş Prokurorluq və FHN-in iki azyaşlının tüstüdən boğularaq ölməsi ilə bağlı MƏLUMATI

Baş Prokurorluq və FHN-in iki azyaşlının tüstüdən boğularaq ölməsi ilə bağlı MƏLUMATI
 

Baş Prokurorluq və Fövqaladə Hallar Nazirliyi (FHN)ötən gün Bakıda baş verən yanğınla bağlı birgə məlumat yayıb.

Sfera.az-a daxil olan məlumatda qeyd olunur ki, Noyabrın 29-da saat 19 radələrində paytaxtın Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının 25-ci mənzilində yanğın baş verməsi nəticəsində 2014-cü il təvəllüdlü Ruqayyə Əlizadə və 2016-cı il təvəllüdlü İsmayıl Əlizadənin tüstüdən boğularaq vəfat etmələri faktı ilə bağlı məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb edilməklə yanğının qarşısı alınmış, onun genişlənməsinə və binanın digər mənzillərinə keçməsinə imkan verilməyib.

 

Hadisə yerinə polis, prokurorluq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, həmin evdə 2 ildən artıq müddətdə həyat yoldaşı ilə kirayədə yaşayan 1993-cü ildə Bərdə rayonunda anadan olmuş Könül Əliyeva övladları - Ruqayyə və Anar Əlizadəni mənzildə tək qoyaraq qapını çöldən bağlayıb saat 18 radələrində mağazaya getmiş və evə qayıdaraq qapını açarkən qatı tüstü olduğunu görüb. Azyaşlılar qonşuların köməkliyi ilə çıxarıldıqdan sonra yanğın baş vermiş və dərhal xəstəxanaya aparılmalarına baxmayaraq hər ikisi vəfat edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...