Baş Prokurorluq polisin arvadını güllələyərək öldürməsi ilə bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq polisin arvadını güllələyərək öldürməsi ilə bağlı MƏLUMAT YAYDI
Baş Prokurorluq polisin arvadını güllələyərək öldürməsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Sfera.az-a daxil olan məlumatda deyilir:

"Bu gün, yəni sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Arvadını izləmək üçün gizli kamera quraşdırdı, özünə cinayət işi açıldı

Bakıda ata övladının himayəsini anasından almaq məqsədilə keçmiş həyat yoldaşının intim görüntülərini polisə təqdim edərək onu xəyanətdə günahlandırıb. Bundan s...

Bakıda şadlıq sarayında işçilər arasında dava düşüb, bıçaqlanan var

Bakıda şadlıq sarayında bıçaqlanma hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən "Şahzadə" şadl...

Qadını şəkillərini yayacağı ilə hədələdi, tutuldu

Şamaxı şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyaları alınıb. DİN Mətbuat...

Tövlədə özünü asaraq intihar etdi

Zaqatala rayonunda 64 yaşlı kişi özünü asaraq intihar edib. Sfera.az xəbər verir ki, hadisə rayonun Danaçı kəndində baş verib. Belə ki, kənd sakini ...

Ukraynada həbs edilib Azərbaycana göndərildi

Külli miqdarda dələduzluqda təqsirləndirilən azərbaycanlı Ukraynadan Azərbaycana ekstradisiya edilib. Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Beynəlxal...

Bakıda keçmiş icra başçısının evinə basqın: Qadına hücum edildi, qızılları aparıldı - MƏHKƏMƏ İŞİ - FOTO

Bakıda qabaqcadan əlbir olan bir qrup şəxsin törətdiyi quldurluq əməli ilə bağlı yeni təfərrüat bəlli olub. Sfera.az  oxu.az-a istinadən xəbər verir ...