Baş Prokurorluq məşhur aparıcının həyat yoldaşı ilə bağlı məlumat yaydı

Baş Prokurorluq məşhur aparıcının həyat yoldaşı ilə bağlı məlumat yaydı
Vətəndaş Günel Gözəlovanın ərinin həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı izahatlar alınıb, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.

Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilib.

Hazırda araşdırma davam etdirilir. 

Qeyd edək ki, G. Gözəlova uzun illər Azərbaycan teleməkanında aparıcı kimi fəaliyyət göstərib. 

OXŞAR XƏBƏRLƏR