No Image
No Image
No Image

Baş Prokurorluq: Ermənilərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür

Baş Prokurorluq: Ermənilərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür
Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir.

Baş Prokurorluqdan "Report”a verilən məlumata görə, hazırkı vaxtadək Azərbaycan Ordusunun bir neçə hərbiçisi şəhidlik zirvəsinə ucalmış, bir neçə hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

Baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Füzuli, Tərtər, Qarabağ və Gəncə Hərbi prokurorluqlarında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 116.0.8 (hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddələri ilə cinayət işləri başlanmış, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.

Kütləvi informasiya vasitələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur.

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaq.

OXŞAR XƏBƏRLƏR

Ermənilərin qorxulu kabusu – HAROP - VİDEO

Davam edən II Qarabağ savaşında qazanılan uğurlarda həlledici rola malik olan əsas silahlardan biri pilotsuz uçan aparat - HAROP silahıdır. Məhz bu silah vəsitə...

Ermənilərin canlı qüvvə və hərbi texnikası məhv edildi - VİDEO

Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Sfera.az  həmin görüntüləri təqdim edir:   ...

Ermənilər Paşinyanın qızını bu paylaşımına görə qınadı: “Xəyallarımız puç oldu…”

Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. Mariam "Facebook” profil...

Bakıda yaşayan erməni qadın: "Paşinyan ermənilərə böyük zərbə vurub" - VİDEO

57 ildir ki, Bakıda yaşayır. Burda məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində çalışıb. Sfera.az  Xəzər TV-yə istinadə...

Erməni hərbçiləri üçün 1500 meyit kisəsi daşındı - Meyitlərin sayı-hesabı yoxdur

Azərbaycanın Milli Ordusu şəxsi heyət və tank bölmələri, raket-artilleriya qoşunları, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə düşmənə ağır z...

Ağcabədi sakini qardaşı oğlunu küçədə güllələdi

Oktyabrın 19-da, saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılmış atəş nəticəsində ç...